Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Delimitasiya başa çatmadan sərhədi minalamaq – Barbar ağlı
Erməni dversantlar

Dövlət sərhədlərinin minalanması təcrübəsi dünyada varmı? Delimitasiya olunduqdan sonra sərhəddə demarkasiya aparılırsa və aparılacaqsa, mina basdırmaq nəyə lazımdır? Əgər hələ delimitasiya başa çatmayıbsa, mina basdırmaq nə deməkdir? Ümumiyyətlə, harda görünüb ki, ölkələr arasında sərhədlər minalansın?! Həmin məntiqlə hamı öz sərhədlərinə mina döşəyər, heç bu qədər sərhəd postlarına, sərhədçi saxlamağa da ehtiyac qalmaz. O məntiqlə ölkədə siyasi sabitliyi qorumaq üçün hökumət binalarının qarşısına mina döşəmək lazımdır ki, mitinq, iğtişaş olmasın?

Paşinyanın verdiyi sərsəm bəyanatdan sonra yaranmış btün bu sullara siyasi şərhçi Bəybala Mirzəyevlə cavab tapmağa çalışdıq.

“Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dövlət sərhədimizi keçib, ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərməsi faktını nə erməni KİV-ləri və hərbi ekspertləri, nə də Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan təhrif və inkar edərək hadisələri başqa müstəvidə təqdim edə bilməz. Nikol Paşinyanın erməni diversantlarının Azərbaycanla sərhədi pozaraq ərazilərimizə soxulmağa çalışdığı Geqarqunik vilayətinin Küt kəndinə səfər etməsi və Azərbaycanı guya erməni əsgərlərini Ermənistan ərazisindən qaçırmaqda ittiham etməsi həm absurddur, həm də əsl ermənisayağı həyasızlıqdır”. Bu fikirləri bizimyol.info-ya Bəybala Mirzəyev səsləndirib.

Bəybala Mirzəyev Bəybala Mirzəyev

“Baxın, Paşinyan deyir ki, erməni əsgərləri dövlət sərhədinin təhlükəsizliyini təmin etmək üçün əraziyə mina basdıranda Azərbaycan tərəfi onları qaçırıb. Ermənistanın birinci şəxsinin bu cür əcaib ifadəsi onun özünü də, təmsil etdiyi ölkənin davakar-militarist davranışlarını da ifşa etməyə bəs edir. Çünki dünya təcrübəsində iki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı minalanması təcrübəsi yoxdur. Belə bir xain və barbar hərəkətə imza atmaq yalnız ermənilərin ağlına gələ bilərdi.

Məsələ burasındadır ki, 10 noyabrda imzalanmış üçtərəfli razılaşmaya əsasən hal-hazırda Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası işləri aparılır. Daha doğrusu, aparılmalıdır. Lakin Ermənistan tərəfi isə bütün mümkün vasitələrlə (o cümlədən ağıla gəlməyən üsullarla) bu prosesi əngəlləməyə, təxirə salmağa çalışır. Ermənistan tərəfindən sözügedən təxribatlar da məhz buna görə baş verir. Normalda isə, iki ölkə arasında sərhəddə demarkasiya aparılırsa və ya aparılacaqsa, əlavə tədbir kimi mina basdırmağa qətiyyən ehtiyac yoxdur. Yenə deyirəm, belə bir absurd fikir yalnız erməni hakimiyyətinin “beyin məhsulu” ola bilər”,- deyə ekspert qeyd edib.

Dünyada müharibə aparıb, sonra bunu sonlandıran ilk dövlətlər biz deyilik. Müharibədən sonra sərhədlərin qurulması zamanı bitərəf zonanın minalanması kimi bir təcrübə ümumiyyətlə, görünməyib.

“Dünya hərb və sülh tarixində isə bu cür ifratçı davranışlara çox nadir hallarda rast gəlinir. Sivil ölkələr belə bir murdar praktikaya ümumiyyətlə, müraciət etmirlər. Avropa Birliyinə daxil olan ölkələrin təcrübəsi buna əyani misaldır. “Şengen ölkələri” adlanan ölkələr arasında isə sərhəd rejimi tamamilə şəffaflaşdırılıb. Yəni ki, bu ölkələr arasında demək olar ki, sərhəd anlayışı artıq mövcud deyil. Daha doğrusu, sərhədlər formal xarakter daşıyır. Lakin “Qərbə inteqrasiya”dan dəm vuran Paşinyanın sərhədlərlə bağlı təfəkkürü və təsəvvürləri isə orta əsr ənənələrinə köklənib qalıb. Adamın “erməni əsgərləri dövlət sərhədinin təhlükəsizliyini təmin etmək üçün əraziyə mina basdıranda” ifadəsi bir tərəfdən Ermənistan rəhbərliyinin rəsmi etirafıdırsa, digər tərəfdən isə sözün əsl mənasında rüsvayçılıqdır. Qonşuları ilə sərhədləri tamamilə şəffaf olan sivil Fransanın xəstə təfəkkürlü prezidenti Emmanuel Makron Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən bir şəxsin bu cür rüsvayçı etirafından sonra indi həqiqətən də barbar Ermənistanla və onun ortaçağ düşüncəli lideri ilə fəxr edə bilər. Makron sərhədləri demarkasiya etmək əvəzinə, onu minalamağa çalışan bir ölkəni dəstəkləyir. Fransa liderinin mövqeyini və Ermənistanın bu antibəşəri davranışını bütün dünyaya göstərmək lazımdır.

O ki qaldı harda görünüb ki, ölkələr arasında sərhədlər minalansın məsələsinə, bayaq da qeyd etdiyim kimi dünyanın sivil kəsimində belə bir təcrübəyə rast gəlmək mümkün deyil. Ən pis halda isə Donald Trampın dövründəki ABŞ təcrübəsindən danışmaq olar. Lakin orda da söhbət Birləşmiş Ştatlarla Meksika arasında sərhədlərin minalanmasından yox, sadəcə divar çəkilməsindən gedirdi.

Bəzi ölkələrin isə öz sərhədlərini başqa məqsədlərlə minaladığı hallar olub. Məsələn, 2010-cu ildə Özbəkistan öz ərazisinə islamçı ekstremistlərin daxil olmasının qarşısını almaq məqsədilə Tacikistan və Qırğızıstanla sərhədlərinin bir hissəsini minalamışdı. Və yaxud, 2011-ci ildə Suriya ərazisindən terrorçu qruplaşmaların hücumlarını dəf etmək məqsədilə İsrail də Suriya ilə sərhədini minalamışdı. Ancaq bütün bunlar Ermənistanın sərhəd əraziləri minalamaq cəhdindən köklü şəkildə fərqlənir. Çünki istər Özbəkistanla Tacikistan və Qırğızıstan arasında sərhədlər, istərsə də İsrail ilə Suriya arasında sərhədlər çoxdan demarkasiya olunub. Onlar öz sərhədlərini sadəcə terrorçuların, ekstremistlərin qarşısını almaq üçün minalamışdılar. Bizdə isə situasiya tamamilə fərqlidir və bu gün sərhədləri minalamağa gərək varsa, əslində bunu Ermənistan yox, biz etməliyik. Çünki bizdən Ermənistana yox, Ermənistandan bizim ərazilərə diversantların, terrorçuların sızması cəhdləri olur.

Ancaq sərhədlərin demarkasiyası prosesi tam şəkildə başa çatmadan tərəflərdən heç biri iki ölkə arasında nə divar hörə bilməz, nədəki sərhədyanı əraziləri minalaya bilməz. Ermənilər isə bütün bu prinsip və normaları pozaraq, sərhəd zonasında “bespredel”lik etməyə çalışır. Onların sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu guya mühəndis-istehkamçılar kimi qələmə verməsi isə gülməlidir. Erməni hərbi mühəndislərinin Azərbaycan ərazisində nə işi var? Onlara kim icazə verib ki, bizim ərazilərimizə keçib mühəndis işləri görsünlər? Bunun adı açıq-aşkar quldurluqdur, pozuculuqdur və Ermənistan buna görə cavab verməlidir!”

Ermənilərin vəhşiliklərini gördükcə Trampa haqq qazandırıb, kaş ki, bizim də “bu qonşu olmağı bacarmayan dövlətlə aramızda böyük divarlar olaydı” deyə düşünürəm. Tarixdə bir Çin səddi var, birini də biz yaradıb Qarabağ səddi kimi gələcək nəsillərin təhlükəsizliyini təmin etməklə yanaşı, həm də onlara xatırladaqmı?

İlhamə Rəsulova

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
››› İyunun 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »