Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurbanqulu Berdiməhəmmədov: "Ölkələrimiz arasında səmərəli qarşılıqlı əməkdaşlıq son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib"
Qurbanqulu Berdiməhəmmədov

"Bunu qeyd etmək fərəh doğurur ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, dostluq və etimad prinsiplərinə əsaslanan ənənəvi qardaşlıq münasibətləri müasir dövrdə ən geniş istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz arasında səmərəli qarşılıqlı əməkdaşlıq son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib".

"Report" xəbər verir ki, bu fikirlər Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

"Türkmənistan bizim tərəfdaşlığımızın mövcud böyük potensialını reallaşdırmaq məqsədilə bundan sonra da qardaş Azərbaycan ilə məzmunlu və yüksək dərəcədə etimada əsaslanan dialoq aparmaq niyyətindədir. Qəti əminəm ki, strateji xarakter daşıyan Türkmənistan-Azərbaycan münasibətləri birgə səylərimizlə qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcək", - məktubda qeyd olunub.

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
Son xəbərlər
Bütün xəbərlər »