Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəlbəcərdə diversiya nəyə hesablanıb: “Ermənistanla sülh müqaviləsi mümkün deyil”
Erməni dversantlar

“Ermənistanda seçkilər yaxınlaşdıqca dövlət sərhədində silhahlı təxribatları davam etdirir. Kəlbəcərdə Ermənistanın diversiya qrupunun mina basdırılmasını həyata keçirməsi müharibənin Yerevan tərəfindən bitmədiyini göstərir”.

Bu fikirləri MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Erməni siyasi dairələrində, hərbi elitada N.Paşinyana qarşı yeni ssenarilər hazırlanır.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Bundan əlavə, bu təxribatların arxasında Azərbaycana qarşı bu hücumda N.Paşinyan hakimiyyəti dayanır. Çünki orduya nəzarət edə bilmir, Rusiya Ermənistan ordusunda bu kimi senarilərin yaradılmasına rəvac verir ki, iki ölkə arasında münasibətlərin qurulması baş verməsin.

Göründüyü kimi 10 noyabr və 11 yanvar razılaşmaları konkret olaraq Rusiya və Ermənistan tandemi tərəfindən sabotaj edilir. Əgər, seçkilərdə N. Paşinyan hakimiyətə qayıda bilməyəcəksə, Ermənistanla müharibəyə hazır olmalıyıq. Rusiya çalışacaq ki, Azərbaycana təzyiq etmək və öz orbitinə çəkmək üçün belə bir lokal müharibədə maraqlı olsun. Qeyd edim ki, hər həftə Rusiya müdafiə naziri S.Şoyqu Ermenistan müdafiə naziri Vaqarşak Arutunyanla telefonla danışır. Bu, onu göstərir ki, Rusiya Ermənistan ordusunun qurulmasında və taktiki əməliyyatlar üçün hazırlayır. Azərbaycan tərəfinə mina basdırılmasına cəhd planlı bir şəkildə məhz ən yüksək səviyyədə təşkil olunduğu şübhə doğurmur”.

Birinci, Rusiya bununla göstərmək istəyir ki, Azərbaycan ərazilərini işğaldan azad etsədə, müharibə başa çatmayıb. İkinci, Ermənistan ordusunun yenidən komplektləsdirməklə, bu kimi təxribatlarla təzyiq etmək gücündədir. Üçüncü, Minsk qrupu həmsədrləri çərçivəsində danışıqların bərpasına çalışır. Dördüncü, Azərbaycanı KTMT üzv etmək belə bir diversiya hallarını artıracaq”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan tərəfindən bu kimi təxribatların davam etməsi gözlənilir.

“Müharibədə darmadağın olan erməni ordusu yenidən hazırlanması bu kimi diversiya halları ilə özünü biruzə verir. Ermənistanla sülh müqaviləsi mümkün deyil və N. Paşinyan hakimiyətdə qalacaqsa, Moskva əldə edilən razılaşmaları reallaşmasına imkan verməyə bilər. Çünki regionda Türkiyənin rolu artır və bu prosesdə Paris, Moskva və Tehran narahatdır. Hazırda üç ölkə Ermənistanın sərhəddə bu təxribatlarında maraqlıdırlar. Ermənistan satallet ölkədir. Bu ölkənin idarəetməsi öz hakimiyyətindən asılı deyil. Ona görə də, Azərbaycan Ermənistanla münasibətlərin qurulmasına hazırlaşmasın. Müharibəyə və sərhədlərinin təhlükəsizliyinə hazırlaşsın”.

Leyla Mirzə

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »