Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklikləri qəbul edib
Sorğu - məmur
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişikliklə satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsi ilə keçiriləcək.

Qeyd edək ki, daha əvvəl 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı açıq tender üsulu ilə keçirilirdi.

Bundan başqa, qanunun 50-2.1.3-cü maddəsinə edilən dəyişikliklə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təkcə tenderlərin deyil, digər satınalma prosedurlarının da (kotirovka, təkliflər sorğusu) haqqının ödənilməsi həyata keçiriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »