Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: “Rəqəmsal iqtisadiyyatın formalaşması üçün müəyyən amillər olmalıdır”
Rəşad Nəbiyev

"Nəqliyyat, Rabitə Və Yüksək Texnologiyalar Nazirliyinin Alt İşçi Qrupunun iclaslarında müzakirələrimizdə bu fikirlər olub ki, ölkədə innovasiyalarn inkişafı üçün müəyyən mühit formalaşmalıdır".

Bunu AMEA Rəyasət Heyətinin Ümumi yığıncağında Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, qanunun aliliyi, sağlam və işlək bank və maliyyə sistemi ölkədə innovasiyaların təşviqini təmin edə bilər: "Rəqəmsal iqtisadiyyatın formalaşması üçün müəyyən amillər olmazsa, ölkədə baş verən dəyişiklərin elmdə ixtiralara, növbəti mərhələdə invvosiyalara keçidi mümkün olmaz. İlk olaraq elmi tədqiqatların genişləndirilməsi vacib məsələdir. Bu şərtlər təmin edilərsə, ölkədə startap yönümlü, innovasiya yönümlü ekosistemin formalaşması təmin edilə bilər".

Nazir qeyd edib ki, elmi ixtira etmək üçün bəzən kiçik laboratoriya kifayət edir, amma innovasiyaların meydana gəlməsi üçün qeyd etdiyim amillər vacibdir: “Ölkədə elmlə innovasiyanın bir araya gəlməsi üçün mütləq şəkildə universitetlər bu prosesin ayrılmaz hissəsi olmalıdır. Biliklərin növbəti nəsillərə ötürülməsi və biliklərin həmin nəsillər tərəfindən mənimsədilməsi, biliklərin innovasiyalara çevrilməsi məsələsi Alt İşçi Qrupunda gəldiyimiz qənaətdir ki bunsuz mümkün olmayacaq. İxtiralardan bəzisi kommersiyalaşdırılması lazımdır bunun üçün bizim gənclər xarici şirkətlərdə işləməlidir. Həmin şirkətlərdə işləyib nəyin yaxşı olub olmadığını bilməlidirlər. Bundan başqa bazarda əlverişli şərait olmalıdır".(apa)

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »