Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan “Pandoranın qutusunu” açmağa çalışır, sonu yaxşı olmayacaq
Erməni dversantlar

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu zərərsizləşdirilib.Ohnların sayı ümumilikdə 24 nəfər olub. Maraqlıdır ki, Ermənistan tərəfi dərhal bizim əsgərlərin erməniləri gedib sərhədin o tərəfindən tutub gətirdiklərini yaydı. Cavab olaraq Müdafiə Nazirliyi peyk görüntülərini təqdim etdi və bu dəfə Paşinyan sərsəm bir açılqlama verdi: Sərhəddə minaların düzülməsini icra edirdik, amma yanlarında xəbərdarlıq işarələri də qururduq.

Hər zaman hər bicliyi , fitnəkarlığı yaxşı bilən millətin liderindən bundan daha ağıllı bir fikir çıxmasını gözləmək olardı. Hüquq müdafiəçisi Ələsgər Əhmədoğlu bildirib ki, Müdafiə Nazirliyi mina döşəyərək cinayət işləyənləri zərərizləşdirib və həbs edibsə, “əsir götürülüb” ifafəsindən istifadə etməməlidir. “Bu şəxslər əsir yox, cinayətkardır. Hüquqi ifadələr doğru seçilməlidir. Atəşkəs imzaladığın tərəfə cinayət işlə tapşırığı hərbi tapşırıq deyil, cinayət fəaliyyətidir. Tərəflər qarşılıqlı olaraq öhdəlik götürüb”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da Ermənistanla sərhəddə baş verənlərə münasibət bildirib. O qeyd edib ki,İrəvan sərhədlərinin təhlkəsizliyinə beynəlxalq gücləri cəlb emək üçün belə təxribatlara əl atıb.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Təxribatların sayı getdikcə artmaqdadır və bu lokal döyüşlərə qədər apara bilər. Erməniləri ABŞ və Fransanın dəstəyi ilhamlandırıb. KTMT və Rusiya artıq onlara bəs eləmir. Zəif bənd kimi Zəngəzuru görürlər və düşünürlər ki, Rusiya onları Qarabağda satdı, tərk etdi, Zəngəzurda da satacaq.

İrəvan ən azından Anjey Kaspişiki və onun dostlarını qatytrarmağa cəhd edir, qarşıya qoyulan məqsəd fransalı müşahidəçilərin gəlməsidir.

Rusiyanln Ermənistanda yerləşməsi üçün bütün hüquqi sənədləri var .Qərbin bu imkanı olmadılğına görə münaqişəni sönməyə qoymur, təxribatlara əl atır ki, necə olursa olsun regiona gələ bilsin. Bütün bunlar Rusiya ilə Qərbin İrəvanda dominantlıq yarışı fonunda baş verir. İrəvanın bu ötür- ötür oyunu təhlükəli sonluqla nəticələnə bilər. İstər Rusiya, istər Azərbaycan tərəfindən Ermənistana sürprizlər ola biləcəyi istisna deyil. Biz məsələn Naxıvandan, Zənglandan düşməni dəf edə bilərik. Ermənilər “Pandoranın qutusunu” açmaq üçün çalışırlar, amma sonda özlərini ziyana böyük salmış olacaqlar”.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »