Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müdafiə naziri: “NATO Belarusa raket-bomba zərbələri endirməyə hazırlaşır”
Belarus bayrağı

Belarusun müdafiə naziri, general Viktor Xrenin NATO-nun onun ölkəsinə raket-bomba zərbələri endirməyə hazırlaşdığını bəyan edib.

Müdafiə nazirinin bu bəyanatı Belarus hakimiyyətinin müxalif bloqei yaxalamaq üçün “Ryanair” aviaşirkətinin ölkənin hava məkanından uçan sərnişin təyyarəsini MiQ-29 qırıcıları ilə təhdid edib yerə endirməsinin ardınca başlayan qalmaqal, Minskə qarşı yeni qadağalar fonunda səslənir. Bu hərəkətə cavab olaraq Avropa İttifaqı aviaşirkətlərə Belarus üzərindən uçuşları qadağan edib, habelə Belarus təyyarələrinin Avropanın hava məkanına daxil olmasına qadağa qoyub.

General Xrenin ötən gün parlamentdə çıxışı zamanı deyib ki, NATO silahlı qüvvələri Belarus sərhədləri boyu yüksək intensivliklə kəşfiyyat aparır, operativ və döyüş hazırlıqları həyata keçirir. “Əsas səbəb Şimali Atlantika alyansının və Avropa İttifaqının öz iradəsini maneəsiz diqtə etmək cəhdləridir”,-o bildirib.

Xreninin sözlərinə görə, Belarusa qonşu ölkələrin hava məkanında hərbi aviasiyasının uçuşlarının miqdarı həftədə 30 uçuşdan çoxdur. Bu da Belarus ərazisinin bütün dərinliklərində kəşfiyyatın aparılmasını təmin edir. Nazir habelə Belarus sərhədləri yaxınlığında hərbi təlimlərin intensivliyinin artdığını deyib. O, qeyd edib ki, Polşa və Baltik ölkələrində keçirilən bəzi təlimlər hücum xarakteri daşıyır.

“Təkcə ötən həftə Belarus sərhədləri yaxınlığında, sərhədlərin 30 kilometrliyində strateji bombardmançı aviasiyanın üç uçuşu qeydə alınıb. Təxmin etmək olar ki, bu uçuşlar zamanı Belarus ərazisindəki obyektlərə raket-bomba zərbələrinin endirilməsi məşq edilir. NATO qüvvələrinin yerləşdirilməsi və qəbulu üçün bizim qərb qonşularımız öz infrastrukturunu yeniləyirlər. Artıq beş aerodromun modernləşdirilməsi başa çatdırılıb və orada cəmi 200-ə yaxın döyüş təyyarəsinin yerləşdirilməsi təmin edilib”,-müdafiə naziri bildirib.

Qeyd edək ki, aviamonitorinq saytlarının məlumatları Belarus sərhədləri yaxınlığında NATO təyyarələrinin uçuşunu təsdiq edir.(virtualaz.org)

Paylaş »
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »