Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazi kredit borcuna görə müraciət etdi, bank məsələni həll edəcəyinə söz verdi
Manat - Maaş

Lənkəran şəhər sakini, 1985 təvəllüdlü Salayev Rauf Yasər oğlu könüllü olaraq Vətən Müharibəsində iştirak edən igid oğullarımızdan biridir. Yaşının çox olması ilə bağlı onu döyüşə aparmamalarına baxmayaraq o, öz təkidi ilə vətəndaş borcunu yerinə yetirmək üçün döyüşə yollanıb.

“Yaşım çox olduğu üçün aparmırdılar. Amma Füzuli, Cəbrayıl, Zəngilanın sağ tərəfi və Qubadlıda döyüşlər zamanı xidmət etmişəm. Şəxsən Müdafiə Nazirinin müavini, cənab general-leytenant Kərim Vəliyevdən Cəbrayılda “əhsən” almışam. Milli qəhrəman Şükür Həmidovla birgə döyüşmüşəm. 20.10.2020 tarixində Qubadlıda atılan qrad raketi mərmisi nəticəsində hər iki qulaq pərdəm yırtılıb, travma almışam. Amma buna baxmayaraq döyüşə davam etmişəm. 30.10.2020 tarixində bölük komandirimin təkidi ilə əvvəl Qubadlı tibb məntəqəsinə, oradan Füzuli xəstəxanasına göndərilmişəm. Oradan Saatlı xəstəxanasına, daha sonra Şəmkir hospitalına, oradan da Gəncə hospitalına göndərilmişəm. Müalicə almamışam. Sadəcə qulaqlarıma pambıq taxmışam ki, yüksək səsdən, soyuqdan və sudan qoruyum. 08.11.2020 tarixində hospitaldan çıxmışam və yenidən ön cəbhəyə qayıtmışam. Lakin mən çıxanda artıq sülh oldu. Şuşa (İsa bulağı), Füzuli (Daşaltı), Əsgəran rayonu Çanaxçı kəndi, Xocavənd rayonu, Tuğ kəndlərinin sülhdən sonra müdafiəsində durmuşam. Xidmətdən sonra Mərkəzi Hərbi Hospitala müalicə almaq üçün getdikdə başdan etdilər və yüngül xəsarət yazdılar. Qulaq pərdələrim öz qorumağım sayəsində bitişsə də ağrılar hələ davam edir. Mənim şikayətim yoxdur və olmamalıdır. Vətən anamdır və ananın müdafiəsi qarşılığında heç bir şey tələb olunmamalıdır”.

Müharibə iştirakçısının sözlərinə görə, o, devalivasiyadan öncə “Bank of Baku”dan kredit götürüb və hazırda səhhətində olan problemlər, müalicələrlə bağlı həmin krediti ödəyə bilmir.

Sadəcə, xahiş edirəm mənim kredit borcum ilə maraqlanasınız. Hazırda işləmirəm və ailəmin hesabıma müalicə alıram. 2400 manatın 295 manatını ödəmişəm, lakin qalan məbləği ödəyə bilmirəm.

Məsələ ilə bağlı "Bank of Baku”nun Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Gülşən Cumayeva ilə əlaqə saxladıq. O, açıqlaması zamanı bildirdi ki, bankın şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə güzəşt paketləri var.

“Qazimiz bizimlə əlaqə saxlasın və biz ona köməklik göstərəcəyik”,- deyə Gülşən Cumayeva bildirib.

Leyla Mirzə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »