Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məktəbin direktor müavini kəndlilərə ziyan vurmaqla məşğuldur"
Göyçay rayonu Şəhadət kənd sakini Şıxəliyev Qismət Əsgər oğlunun şikayəti

Göyçay rayonu Şəhadət kənd sakini Şıxəliyev Qismət Əsgər oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, Göyçay rayon Bığır kənd 1№-li tam orta məktbin direktor müavini olan Rakif Hacıyevə məxsus toxum, mineral gübrə, dərmanların, şitillərin topdan və pərakəndə satışı mağazaları, baytarlıq aptekləri kənd təsərrüfatına, fermerlərə, kəndlilərə küllü miqdarda ziyanlar vurmaqla qanunsuz fəaliyyət göstərir.

“Belə ki, mənim həyətyanı torpaq sahəmdə 200 ədəd müxtəlif meyvə ağacları var. Həmin ağaclara bit düşdüyü üçün Rakif Hacıyevə məxus Göyçay şəhərində yerləşən mağazaya üz tutdum. Bit əleyhinə keyfiyyətli dərman adı ilə mənə verilən mayeni deyildiyi kimi ağaclarıma səpdim. Bir gün sonra əks reaksiya verdiyinin və ağacların sürətlə saralmasının, qurumasının şahidi oldum. Mən dərhal həmin mağazaya gedib məlumat verdim. Gəlib baxıb etiraf etdilər ki, dərmanı səhv veriblər”.

Göyçay rayonu Şəhadət kənd sakini Şıxəliyev Qismət Əsgər oğlunun şikayəti

Qismət Şıxəliyevin sözlərinə görə, Göyçay rayon Bığır kənd 1№-li tam orta məktəbin direktor müavini Rakif Hacıyevin səhvinə görə, onun 200 ədəd meyvə ağacları quruyub, məhv olub və ona küllü miqdarda ziyan dəyib.

“Həmin dərman nəinki ağaclarımı qurutdu hətda torpağıda yararsız hala saldı. Mənim şikayət edəcəyimdən narahatlıq keçirən Rakif Hacıyev 2000 manat pul versədə qalan pulumu vermək istəmir. Hansı ki, Rakif Hacıyevin səhlənkarlığı, özbaşınalığı nəticəsində mənə dəymiş zərər küllü miqdardadır. Çünki həmin 200 ədəd ağac mənə ildə 5-6 min manat arası qazanc verirdi. Bu isə 20 ilə vurulanda küllü miqdarda edir.

Qeyd edim ki, Göyçay rayonunda Rakif Hacıyevə məxsus 5 ədəd toxum, gübrə dərman maqazini, 3 ədəd isə baytarlıq aptekləri fəaliyyət göstərir. Rakif Hacıyev insanları aldatmaqla özünə səltənət yaratmışdır”.

Şikayətçinin vurğulayıb ki, onun himayəsində 3 azyaşlı övladı var və yeganə gəlir yeri hər il bu ağacların meyvəsini satıb əldə etdiyi pul idi.

“İndi isə Göyçay rayon Bığır kənd 1№-li tam orta məktəbin direktor müavini Rakif Hacıyevin səhlənkarlığına, özbaşınalığına görə, 5 nəfərlik ailəm aclıq içində yaşamağa məhkum olacaq.

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində belə bir insan qanunsuz fəaliyyətlə məşğul olur və insanlara, kənd təsərrüfatına ziyanlar vurur. Çünki Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi öz işinin öhdəsindən gələ bilmir.

Mən çörəyi əlindən çıxmış, ailəsi aclığa məhkum olunmuş zəhmətkeş kəndli mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovdan xahiş edirəm Göyçayda qanunsuz fəaliyyət göstərən, mənə ziyanlar vuran Göyçay rayon Bığır kənd 1№-li tam orta məktbin direktor müavini Rakif Hacıyevin qanunsuz fəaliyyətini yoxlayıb barəsində qanunu tədbirlər görəsiniz”.

Məsələ ilə bağlı Göyçay rayon Bığır kənd 1№-li tam orta məktəbin direktor müavini Rakif Hacıyevlə əlaqə saxladıq. O açıqlaması zamanı bildirdi ki, Qismət Xışəliyevə dəymiş ziyana görə, 2000 manat pul ödəyib amma bundan peşmandır.

“Mən məktəb rəhbəriyəm. Həmin söhbət gedən mağaza mənim kürəkənimə məxsusdur. Qismət Xışəliyev də həmin mağazadan dərman alıb. Həyatdı heç kim, heç nədən sığortalanmayıb. Həmin vətəndaş gəlib deyib ki, sizin satdığınız dərman ağaclarıma ziyan vurub. Demişəm ki, kasıb, əli qabarlı adamdı və başıma çevirib 2000 manat köməklik etmişəm. Amma indi düşünürəm ki, mən çox səhv edib ona 2000 manat vermişəm. Müəllim şərəfimə and içirəm ki, ona verdiyim məbləği bankdan kredit götürərək vermişəm. Məhkəməyə verərdi, kənd təsərrüfatı mütəxəssisi gələrdi, baxış keçirilərdi sonra mən dəymiş ziyanı ödəyərdim.

Mən tanınmış adamam və respublikanın çox yerində məni tanıyırlar. O adam məni biabır edib. İndi mən onu məhkəməyə verəcəm və əl çəkməyəcəm”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »