Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur jurnaldan Trampa cavab: - “Yanılır”
ABŞ prezidenti Donald Tramp ötən il olduğu kimi bu ildə “Time” jurnalının onu “İlin adamı” seçəcəyini deyib.

"Sputnik Azərbaycan" xəbər verir ki, Tramp ona bu haqda məlumat verildiyini söyləyib. Ancaq prezident qeyd edib ki, manşet şəkli üçün yeni fotonun çəkilməsinə razı olmayacaq:

“Mənə bildirdilər ki, “Time” jurnalı bu il də məni “İlin adamı” seçib. Çox sağolsunlar. Manşet üçün yenidən şəkil çəkdirməli olduğumu dedilər. Ancaq mən buna razı olmayacam”.

Ağ Ev rəhbərinin açıqlamasına məşhur jurnal Tvitter səhifəsindən cavab verib:

“Prezident yanılır. “Time” jurnalı “İlin adamı”nın açıqlanacağı 6 dekabr tarixinədək, yəni qəzetin çıxacağı günə qədər kimin bu ada layiq görüləcəyini gizli saxlayır”.

Son xəbərlər
Bütün xəbərlər »