Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Pulu olmayan ayağını uzadıb ölsün?"
Manat - Maaş

AZAL-da qiymətlərin baha olması ilə bağlı dəfələrlə bütün media orqanlarında yazılmasına baxmayaraq, hələlik şirkət deyilənlərə məhəl qoymur, tətbiq etdiyi qiymətlər təyyarələdən daha yüksəklərə uçur.

Qlobal böhran dövründə qiymətlər bir qədər də arıtırılıb və dəymiş ziyan indiki qiymətlərin hesabına örtülür. Ən sadə nümunə, qonşu Gürcüstandan İstanbula bilet 110 manat, Azərbaycaqndan isə 800 manat təşkil edir.

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin iclasında əhalidən AZAL-dakı baha qiymətlərlə bağlı gələn şikayətlərdən danışıb.

Razi Nurullayev Razi Nurullayev

“Təyyaraə biletləri çox bahadır, 2 ildir əhali ölkədən çıxa bilmir. Xaricdə olan qohumlarını görməyə, sanatoriyalara getməyə ehtiyacı olanlar var. Necə getsinlər? Azərbaycan vətəndaşları adətən, sanatoriya üçün Şimali Qafqaza üz tuturlar. Mineralnıye Vodı şəhərinə uçuş biletinin qiyməti 900 manata yaxındır və iyulun 10-na kimi bütün biletlər satılıb. Futbolçumuz Maşallah Əhmədov Mineralnıye Vodı şəhərinə bir saata qaçardı. Bu şəhər Nyu- Yorkdur, Sinqapurdur ya Tokio? Kimin pulu varsa, getsin pulu olmayanlar ayaqlarını uzadıb ölsünlər? Xaricə getmək imkanı yalnız pullular, qeyri-qanuni yolla varlananlar üçündürsə, Azərbaycanda olan sanatoriyaları göstərək, həssas təbəqədən olan insanlar oradan faydalansın. 3-4 sanatoriya var, onlar da pullular üçündür. Kasıb gedib Bakı kənarındakı antisanitar vəziyyətdəki gölməçədə, duzlu göldə sağlamlığına çarə axtarır. Bu yanaşma ədalətli deyil. AZAL dövlət şirkətidir. Təyyarə bileti 14 günlük istirahət biletindən baha başa gəlir. Şirkət hamının şirkəti olmalı, hamıya ədalətlə yanaşmalı, qiymətlər əlçatan olmalıdır. Vəziyyət dəyişməzsə, konkret ifşaedici faktlar səsləndirəcəyəm”,- deyə Razi Nurullayev bildirib.

AZAL-ın yüksək qiymətlərə dair əsaslandırmasında bildirilib ki, onun kifayət qədər böyük xərcləri var. Xərclər təyyarə biletlərinin qiymətini həddindən artıq yüksəlməsinə gətirib çıxarır.

Anlaşılan deyil. Başqa ölkələrdən fərqli olaraq , AZAL-ın istifadə etdiyi təyyarələr qızıldandır, ya hava limanına asfalt əvəzinə platin döşəyiblər? Aerodrom ona məxsus olduğu üçün digər ucuz şirkətlərə də baha kirayə qiymətləri tətbiq etməklə onların da ucuz uçuşlarına, aşağı büdcəli aviaşirkətlərin fəaliyyəti üçün lazımı şəraitin yaradılmasına imkan vermir. Dünyada olan bütün uçuşların 40 faizini, loukost hava yolları şirkətləri yerinə yetirir. Bizdə vəziyyət nə zaman düzələcək? AZAL mart ayında İnvestisiya Holdinqinin idarəetməsinə veriləndə hamı vəziyyətin dəyişəcəyini düşünürdü. Amma nəinki imkanlarımızın, hətta xəyallarımızın da qanadlarını AZAL qopardı.

İlhamə Rəsulova

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »