Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın Azərbaycana gözlənilən səfəri və sərhəddə törədilən təxribatlar…
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Mayın 27-də saat 3 radələrində Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyinnin verdiyi ilkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb.

“Erməni diversantlarının sərhəd boyu ərazidə törətdikləri təxribatçı əməllər təkcə Ərdoğanın Bakıya və Şuşaya ehtimal olunan səfəri ilə bağlı olduğunu zənn etmirəm. Təbii ki, Ərdoğanın, Türkiyə nümayəndə heyyətinin hər gəlişi və Ərdoğanın verdiyi önəmli bəyənatlar ilk növbədə Ermənistanı daha sonra isə onun havadarlarını qıcıqlandırır, narahat edir. Amma bu diversiya təxribat əməllərinin yalnız onunla bağlı olduğunu düşünmürəm”.

Bu fikirləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib. Onun sözlərinə görə, Ermənistanda bəzi qüvvələr sabitliyin olmasını istəmirlər.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Ermənistanda hazırda xausdur, siyasi, hərbi təhbərlik arasında gərginlik var. Baş nazir vəzifəsini icra edən Paşinyan və onun ətrafı, Ermənistan prezidenti, ordusu vəziyyətə tam şəkildə nəzarət edə bilmirlər. Orduda, siyasi düşərgədə və digər sahələrdə də Köçəryanın, Sarkisyanın tərəfdarları var. Təbii ki, bu qüvvələr sabitliyin olmasını istəmirlər. Ermənistanın məğlubiyyəti ilə barışa bilmirlər və bu cür təxribatçı əməllərlə nəyəsə nail olmaq istəyirlər. Təbii ki, onlar gözəl anlayırlar ki, erməni ordusu bu cür təxribatlarla Qarabağı yenidən işğal edə bilməz”.

Siyasi şərhçi bildirib ki, onlar sanki Azərbaycan Ermənistan ərazisinə hücumlar edir kimi görüntü yaratmağa çalışırlar ki, dünya birliyini və həmin KTMT-ni hərəkətə gətirsinlər.

“Lakin bunlar boş səylərdir. Obyektiv olan hər bir dövlət, onun təmsilçisi görür ki, əslində burada hadisələr necə cərəyan edir. Azərbaycan 10 noyabr 2020-ci il anlaşmasına ən çox sadiq qalan tərəfdir və öz əməlləri ilə də bunu göstərir. Ermənistan isə mina xəritələrini vermir, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə də cığallıq edir, Xankəndi və ərtaf ərazilərdə qalan ermənilər vasitəsilə separatçılıq əməllərini davam etdirir, revanş və qisas bəyanatları verir və s. Bu kimi məsələlər, hadisələr Ermənistanın anlaşmanı pozmağa cəhd etdiyini göstərir. Lakin bu proses geriyə dönməz bir xarakter alıb. Zəngəzur dəhlizi açılacaq, Ermənistan Azərvaycanın ərazi bütövlüyünü tanıyacaq, hətta digər bir ərazimizdən də dəhliz açılacaq və iki dövlət arasında müqavilə imzalanması ilə bağlı məsələ də gerçəkləşəcək. Onların yeganə çıxış yolu Azərbaycanla, Türkiyə ilə ortaq məxrəcə gəlmək, kommunikasiya yollarını açmaq və bölgənin sabit inkişafında aktiv rol almaqdır”.

Leyla Mirzə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »