Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanın bütün təxribatları bir mərkəzdən idarə olunur”
Rüstəm Muradov və Araik Harutyunyan

Xəbər verdiyimiz kimi, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu zərərsizləşdirilib.

Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

Erməni tərəfi gecə saatlarında törətdikləri təxribat zamanı, onsuz da hərbi məqsədlərinə çatmayacaqlarını çox yaxşı bilirdilər. Aydın məsələdir ki, son günlərdə və bu gecə baş tutan təxribat hərbi deyil, siyasi məqsəd daşıyır.

İki gün öncə Şuşaya avtomatlardan atəş açıldığı bildirildi. Şuşa Ermənistanla həmsərhəd deyil. Nazirliyin açıqlamasında qeyd edilir ki, avtomat silahlardan atəş açılıb. Avtomatın atış məsafəsinin də 2 km olduğunu nəzərə alsaq, bu atəş tam olaraq hardan açılıb? Xankəndidən, ya Ermənistandan? Sərhəddə anladıq, cavabdeh deyillər, bəs Qarabağda baş verənlərə "sülhməramlı"ların reaksiyası niyə yoxdur?

Hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, ermənilərin bir neçə gün ərzində müntəzəm olaraq həyata keçirdiyi bu təxribatlar bir mərkəzdən idarə olunur.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Kəlbəcər çox böyük rayondur. Azərbaycan dövləti ilk növbədə minalardan təmizləmə əməliyyatları keçirir ki, ərazidə təhlükəsizlik təmin edilsin. Ermənilərin məqsədi orada aparılan işlərə imkan verməmək, əhalinin geri qayıdışının qarşısını almaqdır. Kəlbəcərə iki yol gedir. Biri Göygöl üzərindən gedən yoldur ki, qışda çətin olur. Digər yol Ağdərədən keçən yoldur. Orada da ermənilər tez- tez narazılıq yaradırlar, maneələr törədirlər. Bu kimi təxribatların olacağı gözəlnilən idi. Müşahidə missiyasının - istər Türkiyənin, istərsə də Rusiyanın bu vəziyyətə susqun qalması anlaşılan deyil”,- deyə Tərlan Eyvazov bildirib.

Ermənistanın törətdiyi əməllərin bir məqsədi də əraziyə başqa qüvvələrin sülhməramlı qismində çağırılmasına zəmin yararmaq, başa dönməkdir. Azərbaycan buna imkan verməyəcək. Sosial şəbəkələrdə erməni əsirlərin əlinin bağlanmış vəziyyətdə şəkillərinin paylaşılmasından bizə qarşı istifadə oluna bilərmi? Bu kimi narahatlıqlar tez- tez ifadə olunur.

3-cü Cenevrə Konvensiyasının əsirlərlə davranışa dair təlimatında bildirilir ki, düşmən tərəfin hərbiçisinı əsir götürərkən ona fiziki gücün tətbiqi (əgər müqavimət göstərirsə), əl-ayağının qandallanması və ya digər üsullarla bağlanması işgəncə sayılmır. Əsir düşmək istəməyib müqavimət göstərirsə, onun məhv edilməsi də yaşamaq hüququnun pozulması sayılmır. Sadəcə, əsir götürlmüş şəxslə qəddar və alçaldıcı davranış və ona fiziki gücün lüzumsuz tətbiqi işgəncə hesab oluna bilər.

Yəni özləri gəliblər, terror aktına cəhd ediblər, hərbi qaydada əsir alınıblar. Düşmənin başına sığal çəkməliyikmi?

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
Son xəbərlər
Bütün xəbərlər »