Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus qalmaqalında Putin izi: “Lukaşenko bunu özbaşına edə bilməzdi”
Vladimir Putin, Aleksandr Lukaşenko

İndi Avropanın ən böyük və tanınmış media orqanlarının əsas mövzularından biri Belarusda baş vermiş qalmaqaldır. Yunanıstandan Litvaya uçan təyyarənin Minskdə yerə endirilməsi böyük səs-küyə səbəb olub. Belarus hakimiyyətinin gənc bloger Roman Protaseviçi bu yolla tutması Avropada qəzəb yaradıb.

Bizimyol.info xəbər verir ki, Almaniyanın “Bild” qəzeti postsovet ölkəsindəki qalmaqalla bağlı yazı hazırlayıb. Avropa nəşri Belarus prezidenti Aleksandr Lukaşenkonu diktator adlandıraraq onun hərbçilərinin “Ryanair” şirkətinin təyyarəsini yerə enməyə məcbur etdiyini yazıb. “Bild” Minskin bunun üçün havaya qırıcı təyyarə qaldırdığını iddia edib.

Almaniya qəzetinin gəldiyi ümumi qənaət belədir ki, Lukaşenko Rusiya prezidenti Vladimir Putinin xeyir-duası olmadan belə riskə getməzdi. Jurnalistlər – Yulian Repke və Filipp Fabian bu nüansı xüsusi qabardıb. Lukaşenkonun Kremldən birbaşa əmr aldığı əminliklə qeyd olunub.

Belarusda prezident seçkilərində Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskayanın kölgə kabinetinin xarici işlər naziri Valeri Kovalevski “Bild”ə açıqlamasında deyib ki, Putinin bu işdə əli olduğunu birbaşa demək çətindir: “Amma fakt faktlığında qalır: Rusiya bu əməliyyatdan böyük fayda götürəcək. Belarus Avropa İttifaqından daha çox təcrid olunacaq. Bu isə ölkəni Moskva ilə yaxınlaşmaya məcbur edəcək”.

Alman siyasətçi Nils Şmid “Deutschlandfunk” radiosuna müsahibəsində belə əməliyyatların Rusiya təhlükəsizlik qüvvələrinin köməyi olmadan həyata keçirməyin mümkünsüzlüyündən danışıb. Onun fikrincə, Minsk və Kreml bu istiqamətdə ciddi əməkdaşlıq edir: “Əməliyyatda Rusiya izi aşkar hiss olunur. Belarus bunu özbaşına edə bilməzdi”.

İstefada olan amerikalı general Ben Hoces Kremlsiz belə işlərin görülməsinə inanmır. Şərqi Avropa üzrə ekspert və tarixçi Timoti Snayder də Belarusun Rusiyadan icazəsiz təyyarə qaçıracaq cəsarətdə olmadığını deyib. O, “Twitter”də hətta təşəbbüsün Rusiyadan gəldiyini yazıb.

“Bild” yazının sonunda qeyd edib ki, Litvaya gedib çıxmayan 6 sərnişindən 4-ü Rusiya vətəndaşı olub. Buna görə də bütün işarələr Kremli göstərir.

Paylaş »
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »