Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlar fonunda bahalaşır
Neft, qiymət

ABŞ Energetika Nazirliyinin ölkədə neft ehtiyatlarında azalma olmasını elan etməsindən sonra dünya bazarlarında neft qiymətləri çərşənbə axşamı, axşam saatlarından artır.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 19:31-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” neft qarışığının avqust fyuçerslərinin qiyməti 0,34% artaraq bir barel üçün 68,72 ABŞ dollarına, iyul fyuçersləri isə 0,28% artaraq bir barel barel üçün 68,84 ABŞ dollarına çatıb. WTI markalı neftin iyul fyuçersləri 0,24% bahalaşaraq 66,23 dollar/barel səviyyəsinə yüksəlib.

Daha əvvəl ABŞ Energetika Nazirliyi son bir həftə ərzində ABŞ-dakı ticari neft ehtiyatlarının 1,7 milyon barel azalaraq 484,3 milyon barelə qədər düşdüyünü bildirmişdi. Analitiklər bu göstəricinin 1,05 milyon barel azalacağını proqnozlaşdırırdı.

Bundan əlavə, distillat və benzin ehtiyatlarındakı azalma da ekspertlərin proqnozlarından daha çox olub. Belə ki, distillat ehtiyatları 1,9 milyon azalma proqnozuna qarşı 3 milyon barel, benzin isə 0,61 milyon barel azalma proqnozu qarşılığında 1,7 milyon barel azalıb.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »