Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vilayət Eyvazov Bakıda keçiriləcək beynəlxalq idman tədbirləri ilə bağlı əməliyyat müşavirəsi keçirib
Vilayət Eyvazov

Mayın 26-da Daxili İşlər Nazirliyində (DİN) Bakı şəhərində baş tutacaq beynəlxalq idman tədbirləri - “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyununun keçiriləcəyi müddətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini zamanı qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.

Bu ilin iyun-iyul aylarında keçiriləcək beynəlxalq idman tədbirləri zamanı da gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdıran nazir, builki yarışların pandemiya dövrünə təsadüf etdiyini və bununla əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacağını bildirib.

Nazir Vilayət Eyvazov keçiriləcək oyunlar zamanı iştirakçıların, azarkeşlərin və ölkəyə gələn qonaqların təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, şəhər ərazisindəki azarkeşlərin toplanma məntəqələrində təhlükəsizliyin gücləndirilməsi barədə tələb və tövsiyələrini verib.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »