Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: "Azərbaycan - Ermənistan sərhədində gərginliyin səngiməsində iştirak edirik"
Rusiya XİN

“Rusiya tərəfi Ermənistan – Azərbaycan sərhədindəki hadisənin həlli, gərginliyin səngiməsi prosesində yaxından iştirak edir. Biz Bakı və Yerevanla daim təmasdayıq”.

“Report” xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Bu cür hallar yalnız dinc danışıqlar yolu ilə həll olunmalıdır. Uzunmüddətli çözüm vasitəsi olaraq sərhədin delimitasiyası prosesinə başlamağı, daha sonra isə demarkasiyasını həyata keçirməyi görürük. Rusiya bu işə hərtərəfli kömək etməyə hazırdır” – deyən XİN rəsmisinin fikrincə, Azərbaycan ilə Ermənistan tam dialoqa qayıtmaq və qarşılıqlı etimadı bərpa etmək yolunun hələ əvvəlindədir: “Rusiya Ermənistanla Azərbaycan arasında münasibətləri yoluna qoymaq, Cənubi Qafqazdakı vəziyyəti sabitləşdirmək və regionu rifah bölgəsinə çevirmək üçün hərtərəfli vasitəçilik səyləri göstərir”.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »