Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Slovakiya “Sputnik V”nin istifadəsinə icazə verən ikinci Aİ ölkəsi olub
Vaksin - peyvənd

Slovakiya ölkə ərazisində Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin istifadəsinə rəsmi icazə verib.

APA-nın verdiyi xəbərə görə, bununla Slovakiya Avropa İttifaqına (Aİ) üzv ikinci ölkə kimi “Sputnik V” peyvəndinin istifadəsini təsdiqləyib.

Slovakiya hökuməti səhiyyə naziri Vladimir Lenqvarskini iyunun 7-dək bu peyvəndlə ölkədə vaksinasiyanın aparılmasına başlamaq barədə təlimatlandırıb.

Slovakiyanın bazasında 200 min “Sputnik V” peyvəndi olsa da, indiyə qədər onun istifadəsinə icazə yox idi.

Qeyd edək ki, Slovakiya hökumətinin 2 milyon doza "Sputnik V" peyvəndinin alınması barədə Rusiya ilə gizli razılaşması mart ayında Slovakiyada siyasi böhrana səbəb olub və Baş nazir İqor Matoviç istefa verib.

Xatırladaq ki, indiyə qədər “Sputnik V”dən istifadə edən yeganə Aİ ölkəsi Macarıstan idi. Aİ-nin Dərmanlar Agentliyi (EMA) hələ "Sputnik V"in istifadəsini təsdiqləməyib.

Paylaş »
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »