Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naziri Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb
Ceyhun Bayramov

26 may 2021 ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Vyana bölməsinin Baş direktoru və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin İcraçı direktoru xanım Gada Vali arasında görüş keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici Işlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat verib.

Bildirilir ki, görüşdə Azərbaycan ilə BMTNCİ arasındakı əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Tərəflər narkotiklərin qeyri-qanuni dövriyyəsi, korrupsiya və digər transmilli cinayətkarlıq növlərinə qarşı mübarizə üzrə meydana çıxan çətinliklər barədə müzakirə aparıb və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə bağlı razılıq əldə edib.

Görüş zamanı, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının uğurlu modeli olan ASAN Xidmət və DOST Mərkəzləri barədə fikir mübadiləsi aparılıb və bu müsbət təcrübənin bölüşdürülməsinin əhəmiyyəti vurğulanıb.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »