Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər “qaşınır”: “Dəmir yumruq” havadadır
Zəngəzurda magistral yoldan görüntü

Sosial şəbəkələrin Ermənistan seqmentində 60-dan çox düşmən əsgərin bizim 5 əsgərimizə hücumu ilə bağlı videolar yayılıb. Aydın məsələdir ki, onlar bunu təxribat məqsədilə edirlər.

Elə dünən Müdafiə Nazirliyinin yaydığı bir məlumata görə, Ermənistan tərəfinin özündən açılmış bir atəş nəticəsində öncə Ermənistan əsgərinin ayağından yaralandığı, sonra qarnından yaralandığı, daha sonra başından güllə yarası alaraq öldüyü barədə məlumat verildi. Məlum məsələdir ki, atəşin biz tərəfdən açılması iddiası da səsləndi. Bütün bu məlumatlar təxminan yarım saatlıq intervalla verilirdi. 2 saat ərzində ermənilər əsgərin başı ilə ayağının yerini, harasından yaralandığını müəyyənləşdirə bilməmişdimi? Bu sadəcə şərə, iftiraya hazırlıq, beynəlxaql aləmin diqqətini bölgəyə yönəltməklə müşahidəçi qismində üçüncü qüvvələrin cəlbi planının bir hissəsidir.

Necə deyərlər, “dartma yaxam cırıldı” şousudur. Amma bu kimi təxribatların qarşısında bizim tərəf də hazırlıqlı olmalı, lazımi təlimatlar verilməlidir. Bunu ən yaxşı Sərhəd Xidməti, Müdafiə Nazirliyi bilməliydi. Qalib əsgərin qalib duruşu, qalib ədası olacaq ki, çaqqal sürüsü də yaxınlaşmağa cəsarət etməsin. Baş verənlərdən dərs almaq mütləqdir.

“Ermənistan ordusunun qorxaq əsgərlərinin Azərbaycan Ordusunun müzəffər hərbi qulluqçularına iki ölkənin sərhədi sayılan ərazidə xaincəsinə hücumu düşmənin panika içərisində olduğunu göstərir. Açıq döyüşdə, hərb meydanında Azərbaycan Ordusunun hücumlarına tab gətirməyən, 30 illik istehkamı, müdafiəsi 44 gündə yarılan, məhv edilən ermənilərin bu hərəkəti onların xain xislətinin göstəricisidir. Bundan başqa ermənilərin Gədəbəy və Kəlbəcər istiqamətində, Şuşa ətrafında silahları işə salması da açıq-aşkar təxribatdır”.

Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Şuşadakı festivalı izləyən ermənilər indi əlacsız-əlacsız havaya atəş açmaqla məşğuldur. Bu, gedən qatarın dalınca daş atmağa bənzəyir. Müharibədə ağır zərbə alan vaxt sülh üçün yalvaranların hərəkəti, “qəhrəmanlığı” onların gülünc vəziyyətini göstərir. Bölgəyə, Azərbaycana, münaqişənin həlli proseslərinə heç bir təsir imkanı olmayan ölkələrin qısamüddətli həvəsləndirmələri ilə hərəkət edən Ermənistan ağır durumlara düşə bilər. Düşmən ölkənin bir çıxış yolu var: mövcud durumla barışmaq, Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etmək. Sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin getdiyi bir vaxtda ermənilərin bu hərəkəti danışıqları, anlaşmanı pozmağa yönəlib. “Bəlkə də qaytardım” prinsipi ilə hərəkət edən Ermənistan hərbi-siyasi rəhbərliyi bu cür addımları ilə heç nəyə nail ola bilməyəcək. Azərbaycan Ordusu hazır vəziyyətdədir. Yeni bir qarşıdurma və müharibə istəyənlər bu dəfə daha ağır zərbə alaraq dövlət kimi silinə bilərlər. Düşmən unutmasın ki, “Dəmir yumruq” hələ də havadadır. Ona görə də ermənilərin Cənubi Qafqazın ən güclü ordusu ilə belə davranışlardan çəkinməsi məsləhətlidir”,- deyən ekspert qeyd edib ki, Ermənistanla müəyyənləşdirilməmiş sərhəd zolağı boyunca postlara daha təcrübəli əsgərlərimizi yerləşdirmək yaxşı olardı.

“Hətta mümkün olarsa, xüsusi təlim görmüş hərbiçilərimizi, daha hazırlıqlı zabit və əsgərlərimizi ön xətdə yerləşdirmək lazımdır. Çünki xain düşmən ağır zərbə alsa da, çirkin niyyətlərindən əl çəkməyib. Ona görə də hər zaman hazırlıqlı, diqqətli və ehtiyatlı olmalıyıq”.

İlhamə Rəsulova

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Nazir müavini əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağını açıqlayıb
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
Son xəbərlər
Bütün xəbərlər »