Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hazırda Azərbaycan dövləti bütün gücünü sərhədə daşıyır”
Zəngəzurdan görüntü (Gorus)

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Ermənilərin təxribatlar törədəcəyini bilirdik. Buna yüksək səviyyədə hazırlığın olub-olmaması əlaqədar qurumların işidir, hansısa zəifliyə yol verilibsə, məsul şəxslərin mütləq şəkildə cəzalandırılması lazımdır. Əsgər ona əmr edənə tabedir. Cəza tədbiri dedikdə ən aşağı təbəqədən kiminsə günah keçisi elan edilməsi metodunu çox eşitdik, bu bir daha təkrarlanmamalıdır.

Siyasi şərhçi Əziz Əlibəyli hesab edir ki. Ermənistan tərəfinin yaratdığı bu gərginlik iyunun 20-də keçiriləcək seşkilər və Türkiyə prezidenti Ərdoğanın Şuşaya səfəri ilə bağlıdır.

“Orduyla Paşinyan arasında ixtilaflar var. Rusiya ilə Azərbaycanın bəzi məsələlərdə əməkdaşlıq edib, bəzi məqamlarda razılaşmaması kimi məqamlar da bu insidentin yaşanma səbəbidir. Ərdoğanın Azərbaycana səfərindən öncə Lavrovun, Cavad Zərifin Bakıya səfəri təsadüf deyildi. Bu təxribatların təşkilindən Fransanın da xəbəri var. Çünki Ərdoğanın səfər zamanı verəcəyi bəzi mesajlar var. Ola bilsin ki, anti-İran, anti-Rusiya, anti-Avropa mesajları səslənsin. Bunun qarşısında ermənilər ağalarının əliylə təxribat yaradırlar. Ordunun bu təxribatı cavab ehtimalını doğurur, onlara bu lazımdır və bölgədə təhlükəsizlik faktorunun bir qədər zəif olmasından istifadə ediblər”,- deyə Əziz Əlibəyli bizimyol.info-ya bildirib.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Sərhədə sahib olan dövlət müharibənin də, siyasətin də qalibidir. Kəlbəcərdən Zəngilana qədər təxminən 600 km məsafə təşkil edir. Dünyada sərhəd xəttinin dəqiqləşdirilməsindən mürəkkəb heç bir proses ola bilməz. Nə dövr XIX əsr deyil, nə də Azərbaycan Afrika deyil ki, ingilislər şimal hissələrin arasında sərhəd ölçülərini xətkeş qoyub, müəyyən ediblər. Hazırda dominant tərəf bizik: Yəni müharibədə onlara elə bir zərbə vurmuşuq ki, nəticəni nə isə dəyişə bilməz. Amma bu cür lokal toqquşmalar sadəcə, Paşinyanın nüfuzunu demirəm, ağır psixoloji duruma düşmüş erməni cəmiyyətini "akupunktur" etmək üçündür, bəlkə özlərinə gələlər. Sərhədə sahib olan dövlət müharibənin də, siyasətin də qalibidir, Hazırda Azərbaycan dövləti bütün gücünü sərhədə daşıyır. Qəflətən isə təxminən, DSX-yaə postlar və bütün ərazi üzrə dislokasiya üçün on minlərlə əsgər lazımdır. Bu, sadə bir proses deyil, iki nəfərin münasibətində belə çox vaxt anlaşmazlıq, ziddiyyət yaşana bilər.

Nəhayət, görüntülər xoş deyil, amma proses gedir, Azərbaycan tərəfi əsgərini hansısa ümidə əmanət etməyib, cəmi iki il əvvəl Keşikçidağda yaşananları kimsə unutmamalıdır. Praktika göstərir ki, Azərbaycan tərəfi qədər böhran vəziyyətini mükəmməl idarə edən, ağılla yanaşan və nəticəni faydaya çevirə bilən tərəf yoxdur, sübutu elə son müharibə idi”,- deyə analitik vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »