Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda seçkilərdən sonra Azərbaycanla əlaqələr necə olacaq
iran bayrağı

“İranda iyunun 18-də prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak edəcək namizədlərin adları açıqlanıb. “Təsdiq edilmiş namizədlərin siyahsında əsasən, mühafizəkarlar üstünlük təşkil edir. Seçkilərdə mühafizəkarların, həmçinin digərlərindən öndə gedən sabiq prezidentliyə namizəd və İran Məhkəmə sisteminə başçılıq edən İbrahim Rəisidir. İbrahim Rəisi Ali dini rəhbər S.Ə.Xamneiyə yaxın biridir və onun qalib gəlmək şansı yüksəkdir”.

Bu fikirləri MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, islahatçılardan tanınmış namizəd yoxdur.

“Çünki İran Daxili İşlər Nazirliyi tanınmış islahatçıları və onların dəstəklədiyi namizədi seçkilərə buraxmadı. Namizədlər arasında azərbaycanlı olsa da, onların qalib gəlmək şansları yoxdur. Bu seçkilərdə favoritlər mühafizəkarlar olacaq və islhataçıların hakimiyyətinə son veriləcək. Əvvəlki seçkilərdən fərqli olaraq, bu seçkilərdə hərbiçilər üstünlük təşkil edir və İranı növbəti mərhələdə məhz SEPAH idarə edəcək.

İshalatçılar hakimiyyətdə olduğu müddətdə demək olar ki, İranın beynəlxalq münasibətlər sistemində əlaqələri gərgin keçib. Azərbaycanla əlaqələrə gəldikdə isə, bu illər ərzində əlaqələr yüksək səviyyədə oub. Amma Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi, Türkiyə ilə əlaqələrində kombinasiya Tehranın Ermənistanla yaxınlaşmasına, aktiv əməliyyatlar dönəmində bu ölkəyə hərbi təyinatlı yüklərin daşınmasına dəstək verdi. Baxmayaraq ki, Azərbaycanı sözdə dəstəkləyirdi, İran Qarabağın azadlığını regional siyasətinə təhdid hesab edirdi. Hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası prosesində Tehran növbəti dəfə Ermənistanın yanında oldu.

İslahatçıların hakimiyyəti başa çatır. İranda sərt xətt tərəfdarları hakimiyyətə gələcək. Artıq ABŞ dövət katibi E.Blinken İranın nüvə silahı əldə etməməsi vədinə inanmadıqlarını qeyd etdi. Göründüyü kimi ABŞ-da İranda keçiriləcək seçkilərdə mühafizəkarların hakimiyyətə gəlməsində maraqlı deyil. İbrahim Rəisinin prezident postunda əyləşməsi ABŞ-la danışıqlarda probelmlərə yol açacaq. Həmçinin Azərbaycanla əlaqələrdə problemlər axtaracaqlar. Amma bu, İranın öz əleyhinə işləyəcək. Cənubi Qafqazda yeni bir siyasi-iqtisadi nizamın formalaşmasında İranın ciddi şəkildə öz təpkisini ortaya qoyması gözlənilir. Ermənistanla əlaqələrə önəm verəcək”.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan İranla yeni bir mərhələdə öz siyasətinə yenidən baxmalıdır.

“İran ölkəmizdə məzhəbsəl siyasətini yenidən başladacaq. Bəzi dini siyasi mərkəzlərə dəstək verəcək. Ona görə də Azərbaycan İranla siyasətində düzəlişlər etməlidir. Cənub sərhədlərini möhkəmləndirməlidir”.

Artıq "Şimal-Cənub Nəqliyyat" dəhlizi də öz strateji önəmini "Mehri" dəhlizi ilə əzəv edəcək. Ona görə də Tehranın yeni rejimindən Azərbaycana qarşı təxribatlar mümkündür. Fikir versək, Azərbaycana qarşı təhdid ritorikasına üstünlük verən məhz mühafizəkar rəsmiləridir”.

Leyla Mirzə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
››› Putin 56 nəfərə general rütbəsi verib
Son xəbərlər
Bütün xəbərlər »