Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşa qoruq elan edilir - Nələrə icazə olmayacaq...
Şuşa şəhəri

Şuşa şəhəri qoruq elan ediləcək. Bu xəbər bir çoxlarına qəribə görünsə də, xatırladaq ki, Şuşa şəhərində 1988-ci ildə Şuşa Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılmışdı.

Azərbaycanda indiyə kimi hansısa bir şəhərin bütöv ərazisi qoruq sayılmayıb. Yalnız Bakının İçərişəhər hissəsi tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şuşada turizmi, sahibkarlığı, mədəni fəaliyyəti inkişaf etdirmək qarşıya məsəd qoyulub.

Azərbaycan Prezidentinin Milli Məclisə tövsiyə etdiyi qanun layihəsində təklif edilir ki, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılsın və giriş-çıxış tənzimlənsin.

Milli Məclisin üzvü Cavid Osmanov mədəniyyət paytaxtı Şuşa haqqında qanun layihəsinin hazırlanması və parlamentdə bununla bağlı aparılan müzakirləri barədə Bizimyol.info-ya danışıb:

Cavid Osmanov Cavid Osmanov

“Dünən Milli Məclisində mədəiyyət paytaxtı Şuşa haqqında qanun layihəsinin müzakirələri aparılıb. Şuşa parlaq qələbəmizin zirvəsidir. Cənab Prezident Şuşanın azad olunduğunu elan edərkən, “biz Şuşanı yenidən abad edəcəyik, dirçəldəcəyik” dedi və bunun üçün biz çox gözləmədik. Artıq işlərə başlanılıb. Şuşa dünyanın nadir incilərindən biridir, onu dünyaya daha möhtəşəm təqdim etmək üçün müəyyən tədbirlər aparılmalıdır. Şuşa şəhəri dövlət qoruğu elan edilərək public hüquqi şəxs tərəfindən idarə olunacaq. Tarixi abidələrimiz qorunacaq. Burada fəaliyyət göstərəcək insanlar, sahibkarlar Şuşanın ümumi ansamblına uyğunlaşmalı olacaqlar. Unikal idaretmə mexanizmi tətbiq olunacaq. Şuşada ASAN, DOST xidmətləri olacaq, bu xidmətlər elekron qaydada tətbiq olunacaq.

Şuşanın təbii gözəlliyini və təmiz havasını qorumaq üçün ekoloji təmiz avtomobillərdən istifadə olunacaq. Şuşada çoxlu sayda tarixi, mədəni abidələr var. Onların hamısı köhnə qaydada restavrasiya olunacaq və əvvələr olduğu kimi görünəcək”.

Şuşa şəhəri salındığı yerin qeyri-adi təbiəti və üstün strateji göstəriciləri ilə seçilir. İgidlərimizin qanıyla alınmış bu gözəlliyi göz bəbəyimiz kimi qorumaq boynumuzun borcudur. Şəhərin qoruq edilməsi onu daha qorunaqlı hala gətirəcək. Turizmə açıq elan edilməsi isə Azərbaycana məxsus bu unikal gözəlliyi bütün dünyaya tanıdacaq. Bu dəfə tam başqa cür - daha möhtəşəm, daha ecazkar və ən əsası da BİZİM Şuşa olaraq.

İlhamə Rəsulova

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »