Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı toylara icazə verilməməsinin səbəbindən danışdı
Şadlıq sarayı, toy

Dünən Operativ Qərargah bir sıra qadağaları aradan qaldırsa da, hamının həsrətlə gözlədiyi toy mərasimlərinə yenə icazə verilmədi. Sadə insanlar hamısı təxminən eyni fikri təkrarlayır. “Restoranlarda , diskotekalarda yüzlərlə insanın toplaşmasına icazə verilirsə, toylara niyə icazə verilməsin?”

Toylar bizə yalnız şənlənmək üçün deyil, iqtisadi dirçəlişimiz üçün lazımdır. İki nəfər evlənir, amma yüzlərlə insan bundan qazanc götürür. İqtisadçı ekspert Eldəniz Əmirov toylara cazə verilməməsini bizimyol.info-ya şərh edərkən bildirdi ki, toylarla bağlı yekun qərarın verilməməsi bir neçə səbəblə bağlıdır.

Eldəniz Əmirov Eldəniz Əmirov

“Toy məsələsi həssas məsələdir. Belə ki, idman zalları, iri ticarət mərkəzləri açılsa da, test ediləcək, yoluxma sayı artarsa, gələcəkdə onların yenidən hissə-hissə bağlanması məsələsi gündəmə gələ bilər. Bu sahələrin fəaliyyətinin dayandırılması toyların dayandırılması qədər ciddi problemlər yaratmayacaq. Toylar başlasa, yastıqaltı pullar dövriyyəyə buraxılacaq. Qızıl alacaqlar, şadlıq evlərinə beh verəcəklər, alış-verişlər olacaq, ev təmirləri, ev alqı-satqısı olacaq. Qısası, toya hazırlıqla bağlı iqtsidai fəallaq olacaq, planlar qurulacaq. Biri bu gün toy edirsə, bir başqası 1 ay , 3 ay sonraya toy planı quracaq. Toylar yenidən dayandırılsa, bu nə qədər insan üçün əlavə xərc demək olacaq.

Üstəlik, mənəvi, psixoloji gərginlik də yaranacaq. Mənim subyektiv fikrimə görə, indi test olunur, əgər hər şey öz axarında gedərsə, təhlükənin geridə qaldığı hiss olunsa, toylara icazə veriləcək. Digər məsələ də toylara qədər olan müddətdə peyvəndləmənin sürətlənməsi ilə bağlıdır. Peyvəndləməyə insanları təşviq etmək üçün toyla reklam edirlər, yəqin bunun şahidi olmusunuz. Toya icazə verdikdən sonra, geri addım atmaq çox çətin olardı.

Bazarda tələbin artması ilə istər-istəməz qiymətlərdə artımlara gətrib çıxaracaq. Amma bütün hallarda bütün bunlar iqtisadiyyatımızın xeyrindəir. Yetər ki, icazə verilsin.

Toylara icazə veriləcəyi təqdirdə müsbət təsiri ilk növbədə işsizliyin azalmasına olacaq. Hazırda şadlıq saraylarında işləyənlərin sayı ilə bağlı dəqiq statistika olmasa da, amma onminlərlə insanın iş yerinin yenidən fəaliyyətə başlayacağını deyə bilərik. Bu isə on minlərlə ailə deməkdir. Onminlərlə ailə yüzminlərlə vətəndaş deməkdir. Demək ki, toylara verilən icazə ilk növbədə şadlıq saraylarında iş təminatı hesabına yüz minlərlə insanın rifahına təsir etmiş olacaq. Toylara icazə verilməsi xidmət sahələrindən olan gözəllik salonlarında, bərbərxanalarda da canlanmaya səbəb olacaq. Şadlıq sarayları, restoranları məhsulla təchiz edən şirkətlər var ki, onların da aktivliyi, gəliri artacaq. Avtomobil icarəyə verən sahibkarlar var ki, onların da əsas biznesi toy mərasimlərinə bağlı idi. Bu icazədən sonra avtomobil kirayələnməsində də canlanma olacaq. Eyni zamanda paltar kirayələnməsində də bunu müşahidə edəcəyik.

Bundan əlavə, fəaliyyəti dayandırılmış sahələrdə çalışanlara dövlət dəstək göstərirdi ki, dövlət bu yükdən də azad olacaq”,- deyə ekspert vurğulayıb.

Bir çox ekspertlər hesab edirlər ki, toyların başlaması ilə qiymət artımı, inflyasiya başlayacaq. Toylara icazə verilməməsi də bununla bağlıdır. “Əslində qiymətlərdə artım çoxdan var, toylar bu işə necə təsir edəcək?” sualımıza Eldəniz Əmirov belə cavab verdi:

“Toylara icazə veridikdən sonra müəyyən qədər artım ola bilər, məsələn ətin, ərzaq məhsullarının qiymətində. Amma hansısa köklü dəyişikliklərin, inflyasiya dalğasının olacağını düşünmürəm”.

İlhamə Rəsulova

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »