Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələn aydan "YouTube"da yeni istifadə qaydaları qüvvəyə minəcək
Gələn aydan "YouTube"da yeni istifadə qaydaları qüvvəyə minəcək

İyunun 1-dən etibarən "YouTube" video-hostinq xidmətinin yeni İstifadə qaydaları qüvvəyə minəcək.

"APA-Economics" xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, yeni şərtlərə uyğun olaraq, "YouTube" monetizasiyanı aktivləşdirməyən müəlliflərin videolarında reklam nümayiş olunmayacaq. Müəlliflər tərəfdaş monetizasiya proqramında iştirak etmədiyi təqdirdə onlar videolarında reklamların nümayişindən pul ala bilməyəcəklər.

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb

Azərbaycan-Rusiya sərhədində nəzarət-buraxılış məntəqələrinin inkişafı işləri sinxronlaşdırıla bilər

"BakıKart" balansının artırılması üzrə yeni layihəyə başlanılıb

Bununla yanaşı, qeyd olunan tarixdən etibarən müəlliflərin platformada alacaqları bütün ödənişlər royalti (kompensasiya) sayılacaq. "Google" bu cür ödənişlərdən vergi tutacaq.

Digər məqam üztanıma funksiyası ilə əlaqəli məhdudiyyətlərdir. "YouTube" əvvəllər də istifadəçinin icazəsi olmadan şəxsləri müəyyənləşdirən məlumatların toplanmasını qadağan edirdi. Bu, üztanıma funksiyası ilə çəkilən şəkillərə aid idi. İndi isə "YouTube" bu qadağanı İstifadə qaydalarında açıq şəkildə əks etdirib.

Qeyd edək ki, yeniliklər artıq ötən ilin noyabr ayından ABŞ-da qüvvəyə minib. İyunun 1-dən isə qaydalar bütün ölkələrə şamil olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »