Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər ilin may ayında baş verən zəhərlənmə halları və səbəbləri …
Hər ilin may ayında baş verən zəhərlənmə halları və səbəbləri …

24 may tarixində Lənkəranda bir ailənin qidadan zəhərlənməsi ilə bağlı xəbər yayıldı və hamının marağına səbəb oldu.

Xəbərdə bildirilirdi ki, şəhərin şəhid Anar Mahmudov küçəsi ev 60 ünvanında yaşayan 2016-cı il təvəllüdlü Məryəm Murad qızı Qasımova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona favizm diaqnozu qoyulub. Daha sonra həmin ünvandan 2015-ci il təvəllüdlü Qasım Murad oğlu Qasımov da xəstəxanaya yerləşdirilib və məlum olub ki, ailə üzvləri bir neçə gün əvvəl paxladan zəhərləniblər və ev şəraitində müalicə olunmağa çalışıblar. Təssüflər olsun ki, həkimlərin səyinə baxmayaraq, 5 yaşlı M.Qasımova bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. Onun qardaşı Q.Qasımov isə Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.

Paxla, lobya

Qeyd edək ki, bu cür paxladan zəhərlənmə halı ilk deyil. Düz iki il öncə 2018-ci ilin may ayının 26-da da oxşar hadisə baş vermişdi. Belə ki, Lənkəranda 4 azyaşlı uşaq paxlalı bitkilərdən qidalanma nəticəsində zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkim Ağabala Kəlbiyev açıqlama verərək bildirmişdi ki, zəhərlənmə faktı cənub bölgəsinə xas olan xəstəlikdən baş verib: “Bu xəstəlik indi yox, həmişə olub. Hər il 4-5 uşaqda may ayında belə zəhərlənmə halı müşahidə olunur. Bunun səbəbi isə uşaqların qaraciyərində irsi olaraq ferment çatışmazlığıdır”.

Həkim Vaqif Qarayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, həkimlər fovizm diaqnozu qoyublar və bu irsi xəstəlikdir.

Vaqif Qarayev Vaqif Qarayev, pediatr

“Anadangəlmə ferment çatışmazlığından yaranır, anemiya (qanazlığı) ilə müşayiət olunur. Vaxtında diaqnoz qoyulduqda həyati təhlükə olmur. Çünki paxlalı bitkilər və bəzi dərmanlardan istifadə qadağan olunur. Anemiyalar çoxalıb və səbəblər müxtəlifdir. Adi qanın ümumi analizini verməklə anemiyanın varlığını, sonrakı müayinələrdə isə səbəbini təyin etmək olur".

Həkimlər məsləhət görür ki, Qaraciyərdə ferment çatışmazlığı olan insanlar, xüsusilə uşaqlar paxlalı bitkilərdən uzaq durmalıdırlar. Çünki paxlalı bitkilərlə qidalanma onların səhhətində mənfi fəsadlara səbəb ola, müxtəlif problemlər yarada bilər. Belə hallarla qarşılaşdığınız zaman həkimə müraciət etməli və qanınız yuyulmalıdır ki, başqa problemlərlə üzləşməyəsiniz.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »