Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 yaşlı uşaq pilləkəndən yıxılaraq xəsarət alıb
Xəstəxana

Pilləkəndən yıxılan uşağı xəstəxanaya polislər çatdırdı.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının Masallı rayonundakı stasionar postuna yaxınlaşan Masallı rayon sakini İ.İsmayılov 2 yaşlı övladının təcili olaraq xəstəxanaya çatdırılması üçün kömək istəyib. O, pilləkəndən yıxılan övladına ixtisaslı tibbi yardım göstərilməsi üçün Lənkəran rayonuna gedərkən avtomobildə nasazlıq yarandığını, lakin yubanacaqları halda körpənin səhhətində ağırlaşma ola biləcəyini deyib.

Dərhal 11-ci tağımın əməkdaşları tərəfindən həmin körpə və valideyni yol-patrul xidməti avtomobili ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Diaqnostika Mərkəzinə çatdırılıblar. İ.İsmayılov azyaşlı övladının vaxtında tibb müəssisəsinə çatdırılmasında göstərilən köməkliyə, qayğıya görə Azərbaycan Polisinə dərin təşəkkürünü və minnətdarlığını bildirib.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »