Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sərhəd Qoşunları DTX-nın tabeliyinə verilməlidir”
DTX - Dövlət Təhlükəsizliyi Xidməti
Ermənistan kütləvi informasiya vasitələrində məqsədyönlü və təxribat məqsədilə videolar yayılıb.

Həmin görüntülər Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngəzur istiqamətində Laçın rayonu sahəsində qeydə alınıb. Görüntülərdə görünür ki, sayca çox olan Ermənistan hərbçiləri bizim 2 əsgərimizə hücum edir.

“Sərhəd Qoşunlarının komandanı bilməlidir ki, orada 4-5 əsgər saxlamaq olmaz. Biz savaş şəraitindəyik. Bəyəm orduda adam yoxdur? Bakıda və Azərbaycanın digər rayonlarında sərhədçilər ola-ola düşmənlərimizlə posta 4-5 əsgər qoyulmamalıdır”.

Bu fikirləri hərbi ekspert Elçin Axundzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Sərhəd Qoşunları DTX-nın tabeliyinə verilməlidir ki, orada nizam-intizam yaransın.

Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

“Sərhəd Xidmətində məsuliyyətsizlik davam edir. 28 generalı olan Sərhəd Qoşunları niyə 4-5 əsgər qoyub ora? 28 generalın hamısı dövlətdən kifayət qədər güclü pullar alırlar. Yüzlərlə polkovnik, baş leytenanlar var ki, şəhərdə oturublar. Cəlilabadda, Şirvanda saxladığı əsgərləri göndərməlidirlər düşmənlə üz-üzə dayanmağa. Bunlar hamısı Sərhəd Qoşunlarının işinin düz qurulmamasından əmələ gəlir. Orada necə aylardır yoxlamalar gedir. Sərhəd Qoşunları ilə bağlı qərar qəbul etməyin vaxtı çatıb. Biz qalib xalqıq, amma belə laqeyidlik, nizam-intizamın, stratejinin olmaması bizi biabır etdi”,- deyə o bildirib.

Hərbi espert Ədalət Verdiyevin sözlərinə görə, real gərgin vəziyyətdə 5-6 əsgəri, sağ və sol tərəfi açıq şəraitdə, texnikasız və müdafiə qurğuları olmadan düşmən önündə yerləsdirmək ağılsızlıqdır.

“Ərazidə yerləşmə və müdafiənin təşkili sadəcə, 5 əsgəri bir çadırda, həm də əlverişsiz ərazidə taleyin qismətinə buraxmaq demək deyil. Bu proseslər onilliklər boyu qanla yazılıb. Niyə yaxınlaşan Ermənistan hərbçiləri əvvəlcədən aşkarlanmadı? Niyə 3 dəqiqəyə ehtiyatlar ora yeridilmədi? Cavabdehlərə qarşı fikrimi ifadə etməyə söz tapmıram.

Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin qazandığı möhtəşəm Qələbəyə 1-2 nəfər yerində olmayan şəxs kölgə salmağa cəhd edir. Bu eyni şəxslər tərəfindən törədilən ilk və ya ikinci cəhd deyil. Əmin olun, nəticəsi ağır olacaq”.

Leyla Mirzə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »