Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək
İmtahan

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirilir.

Bizimyol.info xəbər verir ki, DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 63 imtahan binasında aparılır.

İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak etmək üçün 14693 bakalavr ərizə təqdim edib. Onlardan 13529 nəfəri Azərbaycan bölməsi, 1164 nəfəri rus bölməsi üzrə imtahan verir.

Qəbul imtahanı Bakıda 42, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunur. Bakıda 10288, Naxçıvanda 512, Gəncədə 1120, Sumqayıtda 1071, Abşeronda 602, Mingəçevirdə 713, Lənkəranda 387 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 169 imtahan rəhbəri, 1365 nəzarətçi-müəllim, 126 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »