Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev Baydenin Putinlə keçirəcəyi görüşdə müzakirə ediləcək məsələləri açıqlayıb
Ağ Ev Baydenin Putinlə keçirəcəyi görüşdə müzakirə ediləcək məsələləri açıqlayıb

“ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüşdə strateji sabitlik, Ukrayna və Belarusla bağlı vəziyyəti müzakirə edəcək”.

APA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Psaki deyib ki, silahlara nəzarət məsələsinə dair strateji sabitlik mövzusuna kifayət qədər vaxt ayrılacağı gözlənilir: “Bayden Ukrayna mövzusunu gündəmə gətirməyi planlaşdırıb. O, görüşdə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ABŞ-ın dəstək verdiyini vurğulamaq niyyətindədir”.

Psaki əlavə edib ki, Baydeni narahat edən digər planlaşdırılmış mövzu Belarusla bağlıdır.

Ağ Ev sözçüsü önümüzdəki üç həftə ərzində yeni mövzuların ortaya çıxa biləcəyini də vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Kreml Putinlə Bayden arasında görüşün iyunun 16-da Cenevrədə keçiriləcəyini açıqlamışdı.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »