Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MN: Ermənistan istiqamətində heç bir atəş açılmayıb, erməni hərbçinin ölümünün Azərbaycanla əlaqəsi yoxdur
Müdafiə Nazirliyi

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb.

Müdafiə Nazirliyindən Bizimyol.info-ya bildirilib ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib. Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb.

Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.

Sərəncamımızda olan məlumata əsasən erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş vermişdir. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur.

Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır.

Paylaş »
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »