Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenkonun hərəkəti dünyanı heyrətə gətirdi: “Özünə rəsmən qəbir qazdı”
Aleksandr Lukaşenko

Mayın 23-də günorta Belarus hökuməti müxalifətçi jurnalist , NEXTA teleqram kanalının baş redaktoru  Roman Protaseviçi tutmaq üçün jurnalistin uçduğu təyyarəni yalan minalanma xəbəri ilə təcili şəkildə Minsk hava limanına endiriblər.

“Ryanair” aviaşirkətinə məxsus bu təyyarə Afina-Vilnüs reysini gerçəkləşdirirdi. Prezidentin mətbuat xidmətinin verdiyi xəbərə görə, Lukaşenkonun şəxsən verdiyi əmr əsasında göyərtəsində 25 yaşlı müxalifətçinin yerləşdiyi vətəndaş laynerinin yerə endirilməsi üçün havaya MİQ-29 qırıcı təyyarəsi qaldırılıb.  Vilnüsdə isə məlum olub ki, sərnişinlər arasında Rusiyanın dörd vətəndaşı yoxdur. Onların kimliyi və aqibəti naməlum olaraq qalır.

Avropa  Birliyi artıq Belarusa uşuşlara sanksiyalar tətbiq etməyə başlayıb. Söhbətin yalnız  bu sanksiyalarla bağlanacağı da inandırıcı görünmür. Lukaşenkonun taleyi necə olacaq? Siyasi şərhçi Bəybala Mirzəyev hesab edir ki, Lukaenko bu addımı ilə dünya siyasətçiləri arasında özünü arzuolunmaz şəxs vəziyyətinə saldı.

Artıq Litva prezidenti məsələyə öz mənfi münasibətini bildirib. Litvanın Prezidenti Gitanas Nauseda deyib ki, bu, Vilnüsa uçan sərnişin təyyarəsinin Minska enməyə məcbur edilməsi “misli görünməmiş bir hadisədir”.

“Bu mənfur hərəkətin arxasında Belarus rejiminin bayrağı dayanır. Mən Roman Prataseviçin dərhal sərbəst buraxılmasına çağırıram,”- deyə  Nauseda Twitter-də yazıb.

“Lukaşenko hava piratçılığına yol verərək İrlandiyanın "Ryanair" aviakompaniyasına məxsus sərnişin təyyarəsini zorla Minskdə yerə endirmək və Roman Protaseviçi həbs etdirməklə necə deyərlər, özünə rəsmən qəbir qazdı. Onsuz da çoxdan dünyanın antipatiyasını qazanmış Aleksandr Lukaşenko bu hərəkətindən sonra dünya ictimaiyyətinin nəzərində birmənalı şəkildə  arzuolunmaz şəxsə çevriləcək. Qərb Belarusu cəzalandırmaq üçün bütün vasitələrə əl atacaq. Lukaşenko isə getdikcə Putinə daha çox sığınacaq. Putinə də elə bu lazım idi. Bəlkə də bu planı da elə Putinin özü cızıb. Çünki hadisənin necə baş verdiyini göstərən detallar açıq-aşkar Moskvanın dəst-xəttini xatırladır. Və yəqin ki, bir müddətdən sonra Lukaşenkonun "fatihə"sini də elə Moskvanın özü oxuyacaq. Çünki həmin vaxt Lukaşenko artıq böyük ehtimalla Moskvaya lazım olmayacaq”,- deyə o bildirib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Minsk məhkəməsi NEXTA Live kanalını və onun loqosunu ekstermist olaraq tanıyıb və İnformasiya Nazirliyinə bu Telegram kanalının adı və loqosundan istifadə edən informasiya mənbələrinə çıxışı, habelə onların Belarus internetində paylaşılmasını qadağan etməyə göstəriş verib.

İlhamə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »