Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolda yeni qərarlar gözlənilir - Sadəcə inanılmazdır
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası futbola yeni qaydaların gətirilməsini müzakirəə çıxaracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qurumun rəhbəri Deyvid Elleray yeniliklərlə bağlı sənədlər hazırlandığını və təkliflərin idarə heyəti tərəfindən dəyərləndiriləcəyini söyləyib.

Futbolda nəzərdə tutulan yeniliklərlə bağlı təkliflər aşağıdakılardır:

- Futbolçunun künc və cərimə zərbəsi zamanı topu komanda yoldaşına pas vermədən özü oyuna daxil etməsi;

- Cərimə meydançası daxilində komanda yoldaşı topu geri ötürmə edərək qapıçısına verərsə qapıya penalty təyin olunması;

- Cərimə zərbəsi zamanı top hərəkətdə olarkən oyuna daxil edilməsi;

- Penalti zərbəsi zamanı rəqib oyunçular cərimə meydançasına daxil olarsa birbaşa qolun verilməsi;

- Komanda şəklinə hakimə etiraz edilməsi və onun ətrafına toplanması baş verərsə həmin klubdan xal silinməsi cəzası;

- Penalti zərbəsi zamanı topu qapıçı qaytararsa təkrar zərbəyə icazə verilməməsi və oyunun dayandırılaraq qapıçı tərəfindən topun oyuna daxil etməsi;

- Matçın müddətinin 90 dəqiqədən 60 dəqiqəyə azaldılması da yeniliklər arasında nəzərdə tutulub. Topun meydandan kənarda olduğu və oyunun dayandığı dəqiqələr ümumilikdə 60 dəqiqənin üzərinə əlavə ediləcək;

Qeyd edək ki, müzakirənin 2018-ci ildə aparılması gözlənilir.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »