Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Könüllü” adı altında məcburi vaksinasiya
Vaksin - peyvənd

Bu gün Operativ Qərargahın elan elədiyinə görə,

- Mayın 31-dən açıq havada tibbi maskadan istifadə ləğv olunur

- Mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunur

- Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa olunur

- İyunun 10-dan məscidlər açılır

- İyunun 10-dan "Mall”ar və iri ticarət mərkəzləri açılır

- İyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir

- İyunun 10-dan idman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə verilir.

Lap əcəb. Bir nüansa da aydınlıq gtirildi ki, toylara, teatr və kinolara yalnız vaksin sertifikatı və ya pasportu olanlar gedə biləcək.

Bu günə qədər çiplənəcəyik, sonsuzluq yaradır, canımıza nəsə ayrı xəstəliklər salacaqlar qorxusu ilə vaksinasiya olunmaq istəməyənlərin hamısı məcburi şəkildə vaksinlənməlidirlər. Əks halda bilet olmadan “qatar”a minmək mümkün olmayacaq. Həyat qatarına deyirəm.

Hələ pandemiya yeni başlayanda hamımızın könüllü adı altında mütləq o pasportu daşımaq məcburiyyətində qalacağımızı yazmışdım. Bir yandan bu yaxşıdır, məcbur olmasa, xalq kütləvi şəkildə vaksinasiyaya getməyəcək, vaksinlənməyəcək, biz də bu bəladan qurtarmayacağıq. Amma hələ birini bitiriməmiş ÜST bir ildə artıq neçənci dəfə yeni daha qorxunc, daha ölümcül virusların yayılacağı barədə xəbərdarlıq edib. “Daha heç nə əvvəlki kimi olmaycaq” deyənlər də haqlı çıxmaqdadırlar. Neft, qaz, su müharibələrini bakterioloji savaşlarmı əvəz edəcək? Varlanmağın ən rahat yolu indi kimyadan keçir.

“Oxfam" beynəlxalq təşkilatının "People' s Vaccine Alliance"-a istinadən yaydığı məlumata görə, pandemiya dönəmində peyvənd istehsalından gələn gəlirlər sayəsində dünyada 9 nəfər dollar milyarderinə çevrilib. Onların ümumi gəliri 19,3 milyard dollar təşkil edir. Yeni milyarderlərin sırasına ABŞ-ın "Moderna" şirkətinin baş direktoru Stefan Bansel başçılıq edir. O, peyvənd satışından $4,3 milyard qazanıb. Siyahıda aşağıdakı adlar da var:

Uğur Şahin - Almaniyanın "BioNTech" şirkətinin həmtəsisçisi və baş direktoru ($4 milyard)

Timoti Springer - "Moderna" şirkətinin sərmayəçilərindən biri, immunoloq ($2,2 milyard)

Nubar Afeyan - "Moderna" şirkətinin Direktorlar şurasının rəhbəri ($1,9 milyard)

Xuan Lopes-Belmonte - "Moderna" üçün qablaşdırmalar hazırlayan ROVI şirkətinin sahibi ($1,8 milyard)

Robert Langer - "Moderna" şirkətinin sərmayəçilərindən biri ($1,6 milyard)

Çju Tao ($1,3 milyard), Çyu Dunsu ($1,2 milyard) və Mao Xuayxua ($1 milyard). Sonuncu üç nəfər Çinin "CanSino Biologics" əczaçılıq firmasının həmtəsisçiləridir.

Peyvəndlər dövlətlərin büdcə pullarının hesabına maliyyələşdirilir və şəxsi varlanma mənbəyinə çevrilməməliydi, amma çevrildi. Tarix boyu müharibələrdə milyonlarla insanın məhvi hesabına bir qrup insan varlanıb. Yenə də eyni halın təkrarı deyilmi? Bu milyardlardan həvəslənib varlanmaq istəyən, ağıllı, lakin qara niyyətli beyinlərin yeni təhlükələr saçmayacağını kim deyə bilər?

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »