Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Oğlumun gələcəyi məhv olur” - Qarabağ qazisinin anası
Bakı Dövlət Universiteti

Vətən müharibəsi iştirakçısı, qazisi, BDU-nin tələbəsi Nəzərov Nicat Niyazi oğlu təhsil haqqını ödəyə bilmədiyi üçün təhsili yarım qalıb.

Döyüşçünün anası Sevinc xanım Bizimyol.info saytına ünvanladığı müraciətdə bildirir ki, oğlu İkinci Qarabağ Müharibəsində ilk gündən iştirak edib və Füzuli uğrunda gedən döyüşlərdə 2 dəfə yaralanıb.

“Biz azərbaycanlılar həmişə öz xalqımızla öz millətimizlə qürur duymuşuq. Oğlum Nəzərov Nicat müharibəyə getməmişdən öncə Bakı Dövlət Universitetində təhsil alırdı. Lakin imkanımız olmadığından təhsil haqqını ödəyə bilməmişik. Ona görə də, təhsili yarım qalıb. Dəfələrlə Yaşat fonduna müraciət etmişik. Hansı sənədi deyirlərsə, aparıb veririk. Lakin təhsil haqqını ödəmirlər. Hər yerə yazılı müraciət etmişik, amma hələ ki, baxan olmayıb. Xahiş edirəm ki, bizə kömək edəsiniz”.

Sevinc xanım vurğulayıb ki, onlar ehtiyacları olduğu halda ev, maşın istəmir və sadəcə vətən üçün canını fəda edən bir qazinin ali təhsil almaq arzusunun gerçəkləşməsini istəyirlər.

“Axı, bu uşaq öz xalqı, torpağı üçün sağlamlığını qurban verib. Bu təhsil haqqı onun çəkdiyi əziyyətin, keçirtdiyi sarsıntının, stressin yanında nə böyük məbləğ imiş. Çox xahiş edirəm ki, səsimə səs verən tapılsın. Maddiyyat ucbatından oğlumun gələcəyi məhv olmasın”.

Qazinin preblemi ilə bağlı Bakı Dövlət Univesitetinin mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva ilə əlaqə saxladıq. O, bu məsələ barədə məlumatsız olduğunu bildirdi. Həmin tələbənin isə bsu.edu.az saytında rektora məktub bölməsini seçərək öz müraciətini ünvanlamasını söylədi.

Leyla Mirzə

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Tibb bacılarına 500 dəfə “mən axmağam” yazdıran baş həkimlə bağlı yeni təfərrüatlar
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Nazir müavini əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağını açıqlayıb
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
Son xəbərlər
Bütün xəbərlər »