Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat aztəminatlı ailələrin övladlarının təhsil haqqını dövlətin ödəməsini təklif edib
Ali məktəb - Tələbə

“Ötən il koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin uşaqlarının təhsil haqqını dövlət qarşıladı”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bu addım müsbət qiymətləndirilir: “Həmin humanist addım bu il də davam edəcək. Amma bir nüansı qeyd etmək istəyirəm ki, bu, adına pay torpaqları olan və həqiqətən aztəminatlı olan ailələrinin uşaqlarına şamil edilmir. Bu məsələyə yenidən baxılmasını təklif edirəm. Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin uşaqlarının bu humanist addımdan yararlanması təmin olunsun. 5 hektara qədər torpaq sahəsi olan, amma gəlirlərinə görə aztəminatlı olan ailələrin uşaqlarının da təhsil haqları dövlət tərəfindən qarşılansın. Təhsil prioritetdir”.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »