Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı:  26 may, 2021 – Vacib işləri təxirə salmayın
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 26 may, 2021-ci il  tarixi üçün ulduz falını təqdim edir:

Günün əvvəli uğurlu olacaq. Bu səbəbdən vacib işləri təxirə salmamaq daha yaxşıdır. Səhər tezdən hərəkətə başlayın, tez bir zamanda böyük nəticələr əldə edəcəksiniz. Müsbət tendensiyaların təsiri tədricən azalacaq. İşdə ləngimələr olacaq, əvvəllər də yaxşı anlaşdığınız adamlarla da ünsiyyətdə gərginlik mümkündür.

Sevdiklərinizə qarşı xüsusilə səbrli olmağa çalışın. Qarşılıqlı hörmət və dəstək bu gün xüsusilə vacibdir. Çətin məsələləri müzakirə etməyin, çoxlarını incidən mövzularda danışmasanız, yaxşıdır. Birgə əyləncələr, kiçik səyahətlər ruh yüksəkliyi yarada, qarşılıqlı iddiaları və köhnə şikayətləri unutdura bilər.

Qoç - Biznes baxımından yaxşı gün sayıla bilməz: düşüncələrinizi toparlamaq asan olmayacaq, diqqətinizi cəmləmək həmişə mümkün deyil. Yaxınlığınızda özünü sübut etmiş tərəfdaşınız varsa, kömək üçün müraciət edin. Onların sayəsində hədəflərinizə çatacaqsınız. Yeni tanışlarla münasibətlərdə çox diqqətli olmalısınız: niyyətlərinin nə olduğunu hər zaman düzgün başa düşə bilməzsiniz.

Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək, yaxınlarınızla ünsiyyət sevindirəcək. Bürcün bəzi nümayəndələri unudulmaz romantik görüşlərlə yanaşı, sizi ruhlandıracaq sürprizlərlə də qarşılaşacaqlar.

Buğa - Ünsiyyət baxımından əlverişli gün deyil. Tez əsəbiləşirsiniz, özünüzdən çıxırsınız, bəzən isti başla sonradan peşman olacağınız spzləri söyləyə bilərsiniz. Yaxınlıqda sizi dəstəkləyən, sizi ruhlandıra bilən insanlar varsa, yaxşıdır. Bunlar həm ailə üzvləri, həm də yaxın tanışlarınız ola bilər. Məsləhət almağa dəyər; adətən, faydalı olacaq.

Günortadan sonra işlə bağlı vacib qərarlar vermək üçün yaxşı zamandır. Xəyallara qapılmayacaqsınız və vəziyyəti düzgün qiymətləndirdiyinizə görə kifayət qədər real planlar quracaqsınız.

Əkizlər – Fəal olmaq və fikir mübadiləsi aparmaq üçün yaxşı gündür. Bir çox insanlar sizin işgüzar münasibətinizi bəyənəcək. Tərəfdaşlara ehtiyacınız varsa, onları asanlıqla tapa bilərsiniz. Maraqlı tanışlıqlar mümkündür, ehtimal ki, dostluq və ya romantik münasibətlərin başlanğıcı olacaq. Burada intuisiyanıza etibar edə bilərsiniz. Kimə etibar edə biləcəyinizi düzgün söyləyəcək.

İş və maliyyə məsələləri ilə bağlı qərarlara tələsməsəniz, yaxşı olar. İlk təəssürat həmişə düzgün olmur. Vəziyyəti düzəltmək üçün vaxt lazımdır.

Xərçəng - Günün başlanğıcı əlverişlidir. Gələcək planlar barədə qərar vermək, vacib qərarlar qəbul etmək üçün uyğun gələn vaxtdır. Xəyallar qurmayacaq, güclü tərəflərinizi düzgün qiymətləndirəcək, hadisələrin necə inkişaf edəcəyini asanlıqla təxmin edə biləcəksiniz. Həm gözlənilməz, həm də planlaşdırılan görüşlər yaxşı alınacaq. Bəzi Xərçənglər yeni işgüzar tərəfdaşlar tapacaqlar.

Günün ikinci yarısı istirahət, bəzi xoş məşğuliyyətlər üçün yaxşı zamandır. Bir növ enerjinizi bərpa etmək üçün yüngül idman təmrinləri ilə məşğul ola bilərsiniz - nəzərəçarpacaq dərəcədə təsir göstərəcək və əhvalınızı yaxşılaşdıracaq. Axşam saatlarında sizi yaxşı xəbərlər gözləyir.

Şir - Sakit qalmaq çətin olacaq. Çox işlər plana uyğun davam etməyəcək və bəzən  başqaları sizi qəsdən özünüzdən çıxarmağa çalışacaq. Bəzi Şirlər planlarını tələsik dəyişdirmək, yeni şəraitə uyğunlaşmaq ehtiyacından əsəbiləşəcəklər. Ancaq konstruktiv bir əhval-ruhiyyəniz varsa, gün yaxşı nəticələnəcək. Çox şey sizdən asılıdır və bunu nə qədər tez başa düşüb hərəkətə başlasanız, bir o qədər yaxşıdır.

Qohumlar hər zaman sizi düzgün başa düşmür və fikirlərinizi düzgün qiymətləndirmir, amma yenə də həvəslə dəstəkləyəcəklər. Romantik planda hissləriniz haqqında danışmaqdan çəkinməyin; sizi düzgün başa düşəcəklər.

Qız - Günün əvvəli vacib söhbətlər, ciddi məsələlərin müzakirəsi üçün əlverişlidir. Ən inadkar adamları belə inandıra, ümumiyyətlə, əlaqə qurmaqdan çəkinənlərlə də işbirliyi barədə razılığa gələ bilirsiniz. Şəxsi cazibədarlığınız tez-tez kömək edəcək; heç kim ona müqavimət göstərə bilməyəcək.

Daha sonra gündəlik işlərin vaxtı gələcək, olduqca darıxdırıcı, amma yenə də diqqət tələb edən işlər ortaya çıxacaq. Burada kiçik səhvlərdən belə çəkinmək vacibdir ki, sonradan onları düzəltmək üçün vaxt itirməyəsiniz. Başladığınız hər işə ciddi yanaşmağa çalışın ki, daha yaxşı və daha sürətlə həll edə biləsiniz.

Tərəzi - Hər şeyin öz-özünə yaxşı nəticə verəcəyini ciddi şəkildə gözləməyin. Çox güman ki, bu gün hədəflərinizə çatmaq üçün çox çalışmalı olacaqsınız. Məyusedici haldır, amma çətinliklər bəzən heç gözləmədiyiniz yerdə ortaya çıxır. Bu, ən səbrli Tərəziləri də özündən çıxara bilər. Xoşbəxtlikdən, uzun müddət davam etməyəcək: vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək.

Müsbət tendensiyaların təsiri hər saat artacaq. Günortadan sonra bir çox maraqlı imkanlar açılacaq. Boş yerə vaxt itirməmək vacibdir. Dərhal hərəkətə keçin və yaxşı nəticələr əldə edəcəksiniz.

Əqrəb - Tələsməyin. Günün əvvəlində çox işlər mümkün görünür və bir çox Əqrəblər hədəflərindən sözün əsl mənasında bir addımlıqda olduqlarına inanırlar. Əslində bu tam doğru deyil; vəziyyəti daha yaxşı anlamaq üçün bir az vaxt lazımdır. Unutmayın: bütün məsləhətlər yaxşı deyil, bəzən başqalarının dediklərini deyil, öz intuisiyanızı dinləməlisiniz.

Günün ikinci yarısı məhsuldar keçəcək. Əvvəllər çoxlarını çaşdıran çətin problemləri həll etmək şansınız olacaq. Ehtiyacı olanlara həvəslə kömək edəcəksiniz. Yeni dostlar tapmaq asan olacaq.

Oxatan - Xırda şeylərdən narahat olmamağa çalışın. Bu gün çox şeylər duyğularınızdan deyil, özünüzü qoruyub saxlaya bilməyinizdən asılı olacaq. Bu asan olmaya bilər, ancaq vəziyyəti idarə etmək üçün gücünüz, enerjiniz və təcrübəniz var.

Yaxınlarınızın dəstəyi xüsusilə vacib olacaq. Sizin üçün əziz olan adamlarla səmimi olsanız, mütləq istədiyiniz dəstəyi əldə edəcəksiniz. Günortadan sonra gələcəyə dair ailə planlarını müzakirə etmək, qohumlarla görüşmək və birgə fəaliyyət barədə razılığa gəlmək üçün yaxşı zamandır.

Oğlaq - Gün gərgin və çətindir. Ancaq bütün çətinliklərin öhdəsindən gəlməyi, yoldakı maneələrin adlamağı bacaracaqsınız. Bir çox Oğlaqlara əvvəllər qazandıqları təcrübə kömək edəcək. Çox güman ki, səmərəli işgüzar danışıqlar, güclü və təsirli müttəfiqlər tapmağınız mümkündür.

Bəlkə də dostluq münasibətlərinin başlanğıcı qoyulacaq. Kimsə sizə ilk baxışdan aşiq ola bilər. Yaxşı bir təəssürat yaratmaq üçün çox çalışmaq lazım deyil – olduğunuz kimi görünmək yetərli olacaq.

Dolça - Uğurlu gündür. Gün boyunca özünüz və ətrafınızdakılar üçün çox faydalı işlər görəcəksiniz. Əvvəllər heç kimin ağlına gəlməyən fikirləriniz yaranacaq. Digərləri yaradıcılıq qabiliyyətinizi yüksək qiymətləndirəcək. Bir çoxları sizi daha yaxından tanımaq, dostluq etmək istəyəcəklər.

Günortadan sonra ev işləri üçün faydalıdır; sizi yormayacaq və ya darıxdırıcı görünməyəcək. Uğurlu alışlar gözlənilir. Yalnız özünüz üçün deyil, ətrafınızdakılar üçün də yaxşı əşyaları səhvsiz seçə bilərsiniz. Sevdikləriniz üçün yaxşı hədiyyələr ala biləcəksiniz.

Balıq - Günün başlanğıcı kifayət qədər uğurlu olacaq, lakin çox da faydalı olmayacaq. Özünüzü məmnun etməyin yollarını axtaracaqsınız. Həmçinin bəzi işləri təxirə salmaq üçün səbəblər uydurmağa meylli olacaqsınız. Ən pisi odur ki, tənbəlliyiniz üzündən yaxşı təklifləri də rədd edə bilərsiniz. Daha aktiv bir əhval-ruhiyyəyə köklənin ki, qaçıra biləcəyiniz fürsətlərə görə peşman olmayasınız.

Günün ikinci yarısı tamamilə fərqli olacaq. Hərəkət etmək istəyəcəksiniz, çətinliklər sizi qorxutmayacaq. Yeni təşəbbüslər və cəsarətli təcrübələr üçün yaxşı zamandır. Ən yaxın insanlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »