Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Rusiyanı “ağ Türkiyə” adlandırmağa başlayıblar
Kreml, Moskva, Rusiya

Moskvada Kreml divarları qarşısında dayanıb Putinə müraciət etmək istəyən Ermənistan vətəndaşı saxlanılıb. O əlində tutduğu şüarda Qarabağda aktiv əməliyyatlardan sonra saxlanılmış hərbçilərin geri qaytarılması tələbini irəli sürüb.

Onun Moskvada yaşayan ekspert Qriqor Ketsyan olduğu bildirilib. O, buraxıldıqdan sonra sosial şəbəkələrdə “humanizm yarımçıq qanunlarla toqquşdu” yazıb. Ketsyana cavab olaraq, sosial şəbəkə istifadəçiləri rusları türklərlə dostluğa görə ittiham edərək, Rusiyanı “ağ Türkiyə” adlandırıblar.

Üstəlik, Lavrovun artıq ikinci dəfə Rusiyanın Türk Şurasına üzv olmaq istəyini dilə gətirməsi düşmən tərəfi bir xeyli qıcıqlandırıb. Baxmayaraq ki, Rusiyanın planı sadəcə üzvlük yox, dağıdıcılıq, nifaq salan və əzən rolunu oynamaqdır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bizimyol.info-ya bildirib ki, Lavrovun bu istəyi dilə gətirməsi hansı niyyətlə olursa olsun, əslində Türk Şurasının gücünü etiraf etməsi deməkdir.

Fərəc Quliyev Fərəc Quliyev

“Rusiya yanğını su ilə yox, partlayışla söndürməyə adət ediblər. Daxil olur, təşəbbüsü ələ alır və başçı mənəm deyir. Bu alınmırsa, əməkdaşlıq edir. Ermənistan bir neçə gün öncə Rusiyanı və KTMT-ni bizə qarşı qaldırmağa çalışdı. Amma nəticə o oldu ki, Rusiya özləri bizə - türklərə tərəf addım atdı. Türkiyə indi elə vəziyyətədir ki, o kiminsə ayağına getmir, ayağına gətizdirir. Lavrovun bu istəyi də dediyimizin göstəricisidir. Biz güclüyüksə, hər kəs bizə qarşı duruşunu göstərəcək.

Ermənistan dövlət deyil, diaspor təşkilatlarının əliylə hərəkət edən asılı bir qurumdur. Biz güclü olduqca zamanla onlar özləri də kənardan nifaq salmaq istəyən diasporun ağzının üstündən vuracaqlar. Ermənistan görsə ki, Rusiya Türk Şurasına can atır, elə özü də dolayı yollarla getməyib Türkiyəylə əməkdalığa can atacaq.

Mən hələ illər öncə demişdim ki, Rusiya kimi tərkibində çoxlu sayda türklər olan böyük bir dövləti bu şuraya cəlb etmək lazımdır. Rusiyanın cənubunda qərbdən şərqə uzanan bir türk zolağı var. Lavrov da bunu öz diliylə etiraf edir və bu mühüm faktdır. İstər Türkiyə, istər Rusiya, istər Azərbyacan hər nə qədər Avropaya üz tutsa da, sonda Avropa bizi incidib, küsdürb yola salır. Əgər belə bir ittifaq yaradılaraq layiqincə inkişaf etdirilərsə, bundan yaxşı nə ola bilər? Bu zolaqda 350 milyon türk var. Nəyə görə Rusiya Ermənistan kimi mikrob bir dövlətə görə yesir qalmalıdır ? Halbuki bu əməkdaşlıq ona böyük iqtisadi fayda verə bilər. Lavrov bu açıqlamasıyla həm türk dünyasının, həm də Rusiya cəmiyyətinin nəbzini yoxlamaq istədi. Hesab edirəm ki, bu əməkdaşlıq hamımıza faydalı ola bilər”,- deyə politoloq bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »