Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Patruşev və ABŞ Prezidentinin müşaviri arasında məsləhətləşmələr keçirilib
Co Bayden

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında ABŞ-Rusiya münasibətləri ilə bağlı məsləhətləşmələr keçirilib.

APA-nın verdiyi xəbərə görə, məsləhətləşmələr bu yaxınlarda Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken aras;nda Reykyavikdə keçirilən görüşün davamıdır.

"Bu məsləhətləşmələr görüş tarixi və yeri daha sonra açıqlanacaq olan ABŞ-Rusiya sammitinə hazırlıq istiqamətində vacib bir addım oldu. Müzakirələr konstruktiv bir şəkildə aparıldı və fikir ayrılıqlarına baxmayaraq, tərəflərinin bir-birinin mövqelərini daha yaxşı anlamağa imkan verdi", Ağ Evin məlumatında qeyd olunub

Bildirilib ki, strateji sabitlik mövzusu ilə yanaşı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Tərəflər ABŞ-Rusiya münasibətlərinin normallaşmasının hər iki ölkənin maraqlarına cavab verəcəyini və qlobal sabitliyə töhvəsi barədə razılaşıblar.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »