Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəcəb Tayib Ərdoğan: "Türkiyə ilk dəfə Aİ və NATO üzvü olan ölkəyə dron tədarük edəcək"
Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ilə Ankarada rəsmi səfərdə olan Polşa prezidenti Ancey Duda arasında görüş olub. Rəsmi sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransı keçirilib.

“Report” xəbər verir ki, Türkiyə lideri Polşaya “Bayraktar TB2” hərbi dronların ixracından bəhs edərək bildirib: “Türkiyə tarixində ilk dəfədir ki, NATO və Avropa İttifaqına üzv ölkəyə pilotsuz uçuş aparatı ixrac etməkdədir”.

Həmçinin NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi Missiyası çərçivəsində Türkiyə Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin yaxın vaxtda Polşaya göndəriləcəyini qeyd edən Ərdoğan vurğulayıb:

“NATO-nun Türkiyəyə uyğun etimad tədbirləri çərçivəsində Polşa tərəfindən İncirlik bazamıza dəniz keşik təyyarəsi və hərbi heyət göndərilməsini məmnuniyyətlə qarşılayırıq”.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »