Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Levon Ter-Petrosyan: "Erməni xalqını yenə də itki və məyusluq gözləyir"
Levon Ter-Petrosyan

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bildirib ki, Qarabağda 44 günlük müharibədə məğlubiyyətə görə məsuliyyəti yalnız baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan daşımır. O, bu məğlubiyyətdə iştirakda Paşinyanın sələflərini də ittiham edib.

Virtualaz.org-un məlumatına görə, keçmiş prezidentin iLur.am saytında yayımlanan açıqlamasında bildirilir ki, Paşinyanın opponentləri onu məğlubiyyətdə ittiham edərkən həqiqətin yarısını səsləndirirlər – müxalifət Nikol Paşinyanın onların yetirməsi və əlalaltısı olduğunu etiraf etmək istəmir.

L.Ter-Petrosyanın sözlərinə görə, 1997-ci ildən başlayaraq, Erməni Ümummilli Hərəkatını (ona ilk prezident özü rəhbərlik edib-red.) çıxmaq şərti ilə Ermənistandakı bütün siyasi qüvvələr davamlı olaraq Yerevan üçün Qarabağ probleminin həllində əlverişli olan bütün təşəbbüsləri və cəhdləri rədd ediblər: “Bu qüvvələr Qarabağdakı status-kvonu qorumaq və hər hansı bir kompromis seçimini rədd etmək siyasətini tətbiq etdilər. Nəticədə ölkəni elə fəlakətə gətirib çıxardılar ki, indi yalnız Paşinyanı ittiham edirlər.

Onu da anlamaq lazımdır ki, bizim fəlakət payımızda xalqın heç bir günahı yoxdur. Üstəlik, bu fəlakətin nəticələrinin birbaşa və yeganə daşıyıcısı məhz bu xalqdır”.

O, təəssüflə Ermənistanın və diasporun məğlubiyyətdən hələ də heç bir nəticə çıxarmadıqlarını bildirib: “Müharibədən sonrakı ritorika yenə də xarici dünyadan mənasız, boş gözləntilərdən, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirməkdən ibarətdir. Seçkiqabağı kampaniya dövründə bu tendensiya yalnız güclənəcək. Bu isə o deməkdir ki, erməni xalqını yeni itkilər və məyusluq gözləyir”.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »