Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“40 milyon insan onu özünün lideri hesab edir”
İlham Əliyev

“Fransanın Ermənistan üçün qaldırdığı hay-küyü görəndə bir müqayisəni etmədən keçə bilmirəm. Fransanın əhalisinin sayı bütövlükdə dünya üzrə azərbaycanlıların sayından çoxdur. Makron prezidentdir, amma fransızların 10 nəfərindən biri onu özünün prezidenti kimi qəbul etmir. Amma cənab İlham Əlyev 10 milyonluq Azərbaycanın prezidentidir, ən az 50 milyonluq azərbaycanlının 40 milyonu onu özünün lideri kimi görür. Fərq budur”.

Bu fikirləri bizimyol.info-ya deputat Sahib Alıyev səsləndirib.

Sahib Alıyev Sahib Alıyev

“İlham Əliyevin BBC-yə verdiyi müsahibə baxış sayına görə trendə düşdü, Pakistandan, Çindən, digər müsəlman ölkələrindən sosial şəbəkələrdə yazılan rəylər nə deyirdi? İlham Əliyev bizim sözümüzü deyir. O haqqı deyir, o bizim siyasətçidir” deyirdi müxtəlif millətlərin nümayəndələri. Həm ulu öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev böyük güclərin liderlərini uzlaşdırmaq üzrə ustadırlar. Bu çox az dövlət başçısına xas olan bir qabiliyyətdir. “Əsrin müqavilsinə” qarşı hansı güclər çıxmırdı? Heydər Əliyev bu müqavilənin bağlanması üçün nə qədər uzlaşdırıcı rol oynadı və xalqın müqəddəratının dəyişməsində bu müqavilənin rolu əvəzsizdir, hamımız bilirik.

İlham Əliyev Ermənistanın ən yaxın dostu olan iki dövləti Rusya və İranı Şimal- Cənub dəhlizində Azərbaycanın yanında birləşdirərək, onu nəqliyyat dalanına çevirdi. Bütün bunlar incə maraqların uzlaşdırılması sənətinin bəhrəsidir. Eyni zamanda millətin passionarlıq enerjisini dövlətin maraqları istiqamətində yönəltmək bacarığı ən yüksək səviyyədədir. Xaricdə yaşayıb yaratmış Tahir Salahovun, Lütfü Zadənin, Müslüm Maqomayevin və digər məşhur azərbaycanlıların ölümündən sonra məhz Azərbaycanda dəfn edilməsinin səbəbi budur. Bu gələcəyimiz, xalqımız üçün vacib addımlardır”,- deyə deputat bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »