Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
7 yaşlı övladına işgəncə verən “ana” - Prosesin qarşısı necə alınmalıdır...
Uşaq

Bərdə rayonunda ağılasığmaz hadisə baş verib. Belə ki, 7 yaşlı oğlan yanıq xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Uşağın qolları yanıb, bədənində müxtəlif xəsarət izləri var. Azyaşlı hadisənin hansı səbəbdən və necə baş verdiyini izah edən zaman bildirib ki, anası Raya Həsənova onu cəzalandırmaq üçün qollarına qızdırılmış qaşıq basıb. 7 yaşlı uşaq anasının qeyri-rəsmi yaşadığı və məsələdə adı halanan Mahmud Mehralıyev tərəfindən də dəfələrlə zorakılığa məruz qaldığını deyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Azyaşlının anası Raya Həsənova polis şöbəsinə aparılıb.

Təssüflər olsun ki, cəmiyyətimizdə bu cür, ata-ana adına laiq olmayan valideynlər var və düşünürlər ki, övladları onların şəxsi mülküdür. Təhsildən saxlaya və istədikləri kimi davrana bilərlər. Valideynlərin uşaqları ilə sərt rəftarını tənzimləyən qanun varmı? Hansı hallarda valideynlik hüququndan məhrumetmə mümkündür? Uşaqlar valideyni atmaq hüququna malikdirmi?

“Valideynlik hüququndan məhrumetmə səlahiyyəti uşağın adından dövlət qurumuna verilib. Bu da əlbəttə ki, İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya, məhkəmə qərarları, istintaq materiallarıdır.”

Bu fikirləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib. Onun sözlərinə görə, Ailə məcəlləsində də nəzərdə tutulub ki, hansı halda valideynlik hüququndan məhrumetmə olunur.

Kəmalə Ağazadə Kəmalə Ağazadə

“Əgər bu hallar aşkarlanırsa, elə həmin komissiya uşağın adından bunu edir. Yən, elə-belə, durduq yerdə olmur. O uşağın hüquqları valideynlərdə olduğu qədər də İcra Hakimiyyətləri yanında komissiyalardadır. Bu o deməkdir ki, uşağın bu gün məhkəmə qaydasında müraciət edərək, mən valideyinimdən imtina edirəm sözünü deyə biləcək qurum, səlahiyyətli nümayəndə İcra Hakimiyyətləri yanında komissiyadır”.

Leyla Mirzə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »