Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Seçki təxirə salınsa, Paşinyan Azərbaycanla yeni sənədlər imzalayacaq”
Zəngəzurun Mehri şəhəri

“Ermənistanda seçki öncəsi siyasi situasiya mürəkkələşir. Baş nazir Nikol Paşinyana qarşı son günlərdə Sunikdə (Zəngəzurda - red.) və Azərbaycanla dövlət sərhədində baş verən porseslərlə bağlı ciddi narazılıqlar artıb. Bundan əlavə, müxalifətin N.Paşinyana sərhədlərlə bağlı tutduğu mövqeyindən çıxış edərək tənqidləri müəyyən qədər ictiamiyyətə təsir edə bilib”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, sabiq prezident Leon Ter-Petrosyanın seçkiyə qatılması, həmçinin R.Koçaryanın bu səpkidə çıxışları Paşinyanın manevr etməsinə gətirib çıxara bilər.

“Qeyd edim ki, parlamentdə təmsil olunan və N.Paşinyanla anlaşmada olan "İşıqlı Ermənistan" partiyasının sədri E.Marukyan seçkiyə getməməyə çağırış edib. Buna səbəb sərhəddə və Sunikdə baş verən proseslərlə bağlıyır. N.Paşinyan xalqa "vəziyyət mürəkkəbdir və seçkiyə getməyək" açıqlamasını ona görə verə bilmir ki, üç ay bundan əvvəl, seçkiyə getməyin ən doğru olduğunu elan edərək, müxalifəti küncə sıxaraq üstünlüyü ələ ala bilmişdi. “İşıqlı Ermənistan” partiyasının sədri E.Marukyan məhz növbədənkənar seçkilərə getmək üçün N.Paşinyanın təklifini qəbul edən ilk siyasi liderdir. Məhz hazırda onun "seçkiyə getməyək" çağırışı N.Paşinyanın siyasi planıdır. Çünki N.Paşinyan hesab edir ki, bu kimi situasiyada seçkiyə gedərsə, ölkədə hərbi çevrilişə cəhd ola bilər. Həmçinin seçkidən sonra vəziyyət kəskinləşə bilər. Belə bir fikir ortaya atmaqla E.Marukyan vasitəsilə N.Paşinyan cəzmiyyətin təpkisini və müxalifətin nəbzini yoxlayır. Çünki müxalifət də əvvəlki aylarda seçkiyə getməyin mənasız olduğunu bəyan edirdi. Amma Paşinyan cəmiyyətin fəal dəstəyindən arxayın olub müxalifəti qorxaqlıqda iddiham edərək seçki qərarı verdi. Hazırda porseslər N.Pşainyanın əleyhinə olduğu üçün seçkini ləğv etmək istəyir. Amma müxalifət seçkidə qərarlı görünür. Azərbaycan da artıq Ermənistanda seçki prosesini gözləyir”.

Siyasi şərhçinin sözlərinə görə, əgər seçkilər ləğv edilərsə, Azərbaycan hərəkətə keçməli, N.Paşinyanın dediyi kimi məlum sənədin imzalanmasını tezləşdirməli və Zəngəzur dəhlizinin açılmasını tələb etməlidir.

“Ola bilər ki, N.Paşinyana "seçkini ləğv et" mesajı ABŞ-dan verilib. Çünki Rusiya Ermənistan daxilində müxalifəti toparlayır. Hazırkı məqamda Ermənistanda seçkilərin təxirə salınması Paşinyanın mövqeyinin möhkəmlənməsinə və Azərbaycanla yeni sənədlərin imzalanmasına gətirib çıxara bilər”.

Leyla Mirzə

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
Son xəbərlər
Bütün xəbərlər »