Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toy qiymətləri qalxdı: “Qonaqların toya saldığı pulla bunu qarşılamaq mümkün olmayacaq”
Şadlıq sarayı, toy

Toyların keçirilməsinə yenidən icazə veriləcəyi ilə bağlı xəbərlər bu sektorda canlanmaya səbəb olub.

Bir ildən çoxdur ki, toyları təxirə düşən insanalar artıq indidən növbələrə yazılırlar. İlkin olaraq toyların açıq havada keçirilməsinə icazə veriləcəyi ehtimalı var. Ekspertlər düşünürlər ki, açıq havada toy keçirmə ənənəsi qapanmadan əvvəl Azərbaycanda o qədər də çox yayılmamışdı və bu səbəbdən də qiymətlərin artması ehtimalı var.

“Toyların keçirilmə qaydası və fəlsəfəsi hazırda bir az dəyişilsə, daha yaxşı olar. Biz illərdir bununla bağlı cəmiyyətdə müzakirələr görmüşük ki, Azərbaycanda toyaların keçirilməsi israfçılığa yol açan əsas amillərdən birinə çevrilib. Təbii ki, biz anlayırıq, insanların istəkləri, arzuları var və övladlarına toy keçirmək istəyirlər. Bu, normal arzudur, amma Azərbaycanda toyların israfçılıq üzərində qurulduğunu da açıq-aşkar görürük. Lazım olandan artıq qiymətlərin olması, kimlərinsə bəhsə girməsi və s”. Bu fikirləri iqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib.

Natiq Cəfərli Natiq Cəfərli

Onu sözlərinə görə, qonaq sayı nə qədər az olacaqsa, bir o qədər qiymətin maya dəyərinin yüksəlməsi baş verə bilər.

“Bir ildən çoxdur ki, toyaların keçirilməsi tamamilə dayandırılıb. İndi əgər ilkin olaraq açıq havada toyların keçirilməsinə icazə verilərsə, restoranların özlərinin də xərcləri artacaq. Məsələn, təhlükəsizlik tədbirləri, dizenfeksiya xərcləri, masaların məsafəli düzülməsi, say məhdudiyyəti və s. Amma restoranlar da bilməlidirlər ki, daha yüksək qiymətlər qoysalar, bu, toy edənlərin sayına təris göstərəcək. Toy etmək istəyənlər belə yüksək qiyməti gördükdən sonra fikirlərindən daşınacaqlar. Əgər bir qonağın toy xərci bahalaşacaqsa, gələn qonaqların toya saldığı pulla bunu qarşılamaq mümkün olmayacaq. Bu zaman toy keçirən adam ziyana düşə bilər”.

İqtisadçının sözlərinə görə, qiymətlər artarsa, həm toy edənlər kəskin azalacaq, həm də restoranların rentabelliyinə ciddi təsir göstərəcək. “Ona görə də, burada ortaq nöqtə tapılmalıdır. Bunun üçün isə Azərbaycanda toya münasibət dəyişməlidir. Vacib deyil ki, toy masasında 50 cür yemək olsun. Hətta buna Türkiyədə keçirilən toyları da nümunə göstərmək olar. Orada çox varlı insanlar belə sadə toylar edirlər. Əgər bu bahalaşma baş verərsə, ola bilsin ki, toyların fəlsəfəsinə, keçirilmə qaydasına təsir göstərə bilər. Daha sadə və ucuz toyların keçirilməsi dəbi yarana bilər. Bu dəbin yaranması heç də pis olmazdı”.

Leyla Mirzə

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »