Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Qarabağa kimin müttəfiqi olaraq gəlmək istəyir...
Xankəndi

İyun ayında ABŞ və Türkiyə prezidentləri arasında görüş olacaq. Bir neçə gün öncə  Putin və Bayden arasında da görüşün baş tutacağı barədə xəbərlər yayıldı. Hakimiyyətə gələrkən sərt bəyanatlar verib, ABŞ-ın daha əvvəlki kimi yumşaq addımlar atmayacağını deyən Bayden  inadını qıraraq özü mülayim addımlar atmağa başlayıb. Bayden-Ərdoğan görüşü nələr vəd edir?

ABŞ-ın ilk yaydığı bəyanatda  Ermənistanla sərhəd ərazilərimizi mübahisəli ərazilər adlandıran ABŞ sonra elə Azərbaycanın da dediyi fikri təkrarlamış oldu, bildirdi ki, sərhəd məsələləri həll olunmalıdır və  bu prosseslərdə silahdan istifadə edilməməlidir. Qarabağda hazırda Rusiya və Türkiyə var. ABŞ  regiona kimin qoluna girərək gələcək? Suallarımıza  ekspertlə birlikdə aydınlıq gətirməyə çalışırıq.

“Trampın Qafqaz siyasəti yox idi. Buna görə biz deyə bilmərik ki, Bayden admnistrasiyası bu siyasəti dəyişəcək. Trampın siyasətinin olmaması özü bir siyasət idi. Ermənistana dəstək aşağı düşmüşdü, Qarabağa bir müddət ümumiyyətlə humanitar yardım  göndərilmədi. Bayden isə Trampdan fərqli olaraq, İsrail- ələstin münaqişəsində İsraili  tam dəstəkləmədi, Fələstinə yardım edəcəyini dilə gətirdi. Bu mənada ABŞ-ın siyasətində müəyyən dəyişikliklər var. Cənubi Qafqaza gəlincə, ABŞ ən azı həmsədrlik institutunun, ənənəvi institutların qorunub saxlanmasında maraqlıdır, amma müttəfiqləri fərqlidir”,- politoloq Fərhad Məmmədov Bayden Admnistrasiyasının Qarabağ siyasəti barədə bizimyol.info-ya  danışarkən deyib.

Fərhad Məmmədov Fərhad Məmmədov

O qeyd edib ki, Fransa artıq Qafqazdakı mövqeyini itirtib: “Fransanın bizə qarşı etmiş olduğu ağlasığmaz, məntiqsiz hərəkətlər, açıq-aşkar düşmən mövqe tutması bizi şantaj etmək kimi dəyərləndirilə bilər. O demək istəyir ki,  həmsədrlikdən kənarlaşdırılsam, neytallıq öhdəliyi üstümdə olmasa,  Ermənistanı daha çox dəstəkləyəcəm. ABŞ-da isə regiona gəlmək üçün resurs çoxdur. Onun bölgəyə hansı müttəfiqlə gələcəyi bizim üçün mühümdür”.

Politoloq qeyd edib ki, iyun ayında Bayden Ərdoğan görüşündə çox vacib məsələlər müzakirə olunacaq. ABŞ Yaxın Şərqdə Türkiyə vasitəsilə siyasət həyata keçirirdi, daha sonra kürdləri dəstəklədi və problemlər yaşadı. Amma Türkiyə bu gün NATO-nun ən güclü, həm sözünü deyən, həm də hərəkət edən dövətidir. O ABŞ-a sözünü deməyi də bacarıb, qarşısında durmağı da. Ümid edirəm ki, iyun ayındakı görüşdə də bu siyasəti həyata keçiriləcək”.

Fərhad Məmmədovun sözlərinə  görə, bu görüşdən sonra Türkiyə Ermənistanla sərhədləri açsa, Ermənistan daha çox müstəqil olacaq və 5-10 il sonra onun Avropaya çıxışı daha da genişlənəcək.

“Nə qədər paradoksal görünsə də, Ermənistanın azad siyasət yürütməsi bizim marağımızdadır. O bunu bacararsa, başqa dövlətlərin maşası olmaqdan çəkinəcək. Biz müstəqil siyasət yürüdən bir dövlətlə qonşuluq edəcəyik. Bu günə qədər digər dövlətlərin maraqları Ermənistanın milli maraqlarını əvəz etdiyi  üçün gördüyümüz mənzərə yaranıb”.

İlhamə Rəsulova

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »