Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni jurnalist: “Qarabağdakı rusiyalı sülhməramlılar işğalçıdırlar“
Sülhməramlı

Erməni jurnalisti Tevos Arçakyan (Тевос Аршакян) “armenianreport.com” saytında "Artsaxdakı rus sülhməramlısı: dost deyil, işğalçıdır" (“Российский миротворец в Арцахе: не друг, а оккупант“) adlı məqalə ilə çıxış edib.

Müəllif yazır ki, Rusiya üçün önəmli ərazidə Qarabağ erməniləri gərəksiz əhalidir: “Bizim üçün Azərbaycanın və ya Rusiyanın işğalında olmağın nə fərqi var ki”.

Qarabağ ermənilərinin Rusiya sülhməramlılarına sevinclə qucaq açdığını vurğulayan müəllif yazır: “Bizə cəmi 6 ay lazım oldu ki, həqiqəti başa düşək. Ruslar Qarabağ xalqını xilas etmək üçün yox, Moskvanın bölgədəki rolunu gücləndirmək üçün gəliblər”.

Erməni jurnalist qondarma Dağlıq Qarabağın rus dilinə "dövlət dili" statusu verməsini də yanlış sayır. Bildirir ki, tezliklə rus dili burada erməni dilini gərəksiz edəcək:

“Dağlıq Qarabağ Respublikasında artıq hər kəs yaxşı başa düşür ki, Araik Arutyunyan və Vitali Balasanyan daha söz sahibi deyil. Onların səlahiyyətləri onların kabinetindən kənarda keçmir. Bütün məsələlərdə, hətta sosial məsələlərdə belə onlar sülhməramlıların rəhbərliyinin razılığı ilə hərəkət etməlidirlər. Görünür ki, ruslar belə hesab edirlər ki, Qarabağ xalqının bu qədər alçaldılması hələ də yetərli səviyyədə deyil”.

Erməni jurnalist yazır ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağda hərəkət etmək üçün Rusiya sülhməramlılarından istifadə edirlər.

Rusiya sülhməramlıları

Ruslar Qarabağ ermənilərinə deyirlər ki, yaxşı olar ki, azərilər yoldan keçəndə siz evdən çölə çıxmayasız. “Qırmızı Bazar” deyilən ərazidən keçən yolla bağlı bu kimi hadisələrin bir gündə bir neçə dəfə olmasını qeyd edən müəllif hesab edir ki, rusiyalı sülhməramlılar ancaq azərilərin haqqını qoruyur, ermənilərə isə məhəl qoymurlar. Məsələn, rusiyalı sülhməramlılar erməni maşınlarını saxlayırlar, azəri kalonlarına yol verirlər. Bəzən ermənilər 20 dəqiqəyə qədər maşında gözləməli olurlar.

Məqalənin sonunda deyilir ki, rusiyalılar təkcə Dağlıq Qarabağda özlərini belə aparmırlar. Gümrüdəki Rusiya hərbi bazası da Ermənistanı qorumaq məqsədi daşımır. Biz “strateji müttəfiq”imizin qoruması altında deyilik.(musavat.com)

https://armenianreport.com/ru/pubs/281773/?fbclid=IwAR2KoWZO_Wx_N_NKSI4-DFryWr-iCy2zYQcFBRTCFnV6gNDjdM0HUvfHYT4

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
Son xəbərlər
Bütün xəbərlər »