Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
3 rayonu dinməzcə qaytaran Ermənistan niyə Qazaxın kəndlərini geri vermir...
Evini yandıran erməni

Üçtərəfli anlaşmadan sonra Ermənistan 3 rayonu-Ağdam, Laçın və Kəlbəcəri Azərbaycana geri qaytardı. Bu proses qansız-qadasız başa çatdı. Ancaq Qazax rayonunun 7 kəndi ilə bağlı uzun müddətdir ki, danışıqlar gedir. Hələ də bu problem öz həllini tapmayıb.

Qeyd edək ki, 10 noyabr anlaşması ilə bağlı Azərbaycanın yaydığı sənəddə göstərilirdi ki, Ermənistan noyabrın 20-nə Qazaxın kəndlərini geri verməlidir. Ancaq Rusiyanın anlaşma ilə bağlı yaydığı sənəddən bu bənd çıxarılmışdı. Ona görə də bu məsələ indiyə qədər uzanıb.

Ortaya belə bir sual çıxır: 3 rayonu Azərbaycana qaytaran Ermənistan nədən Qazaxın kəndlərin geri verilməsini bu qədər təxirə salır? Yəni, problemin kökü nədədir?

Qazaxın kəndləri ərazi baxımından kiçik yerdir. Ancaq bu yerlərin strateji önəmi olduqca yüksəkdir. Söhbət öndan gedir ki, Tiflisdən İrəvana gedən əsas yol məhz həmin ərazidən keçir. Siz "Google Maps"a baxsanız, görəcəksiniz ki, Tiflisdən İrəvana gedən yol Azərbaycan ərazisindən keçir. Yəni, "Google Maps" rəsmi səviyyədə tanınan sərhədləri qəbul etdiyinə görə həmin ərazini Azərbaycanın tərkib hissəsi kimi göstərir. Ancaq reallıqda isə həmin kəndlər hələ də ermənilərin nəzarəti altındadır.

Aydındır ki, Ermənistan və Gürcüstan üçün bu yolun Azərbaycandan keçməsi arzuolunan deyil. Çünki iki dövlət arasında birbaşa əlaqə daha məqbuldur. Ancaq hər iki ölkə onu da yaxşı başa düşür ki, enində -sonunda bu kəndlər Azərbaycana qaytarılacaq və bu, qaçılmazdır. Sadəcə, Nikol Paşinyan hökuməti II Qarabağ Müharibəsində biabırçı məğlubiyyətlə üzləşib. Xalq arasında nüfuzunu ciddi şəkildə itirib. Qərb mətbuatı yazır ki, Ermənistanda siyasi və ruhu böhran getdikcə dərinləşir.

Belə bir dönəmdə Nikol Paşinyanın Tiflis-İrəvan yolunun keçdiyi ərazini Azərbaycana qaytarması Ermənistanda xaotik proseslərə start verə bilər. Ermənistan üçün bu yol həyati əhəmiyyət daşıyır. Məhz bu yol üzərindən ermənilər Rusiyaya çıxa bilirlər.

Ermənistanda başlana biləcək xaos nə Azərbaycana, nə də ki, Türkiyəyə lazım deyil. Ona görə də Azərbaycan bu məsələdə səbrlə davranmağa üstünlük verdi. Ancaq Nikol Paşinyan növbəti bəhanələrlə şifahi olaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təxirə salmağa çalışır. Azərbaycan isə çətin seçim qarşısında qalıb. Çünki Nikol Paşinyanın seçkidən qalib çıxmaq ehtimalı olsa da, qeyri-stabil vəziyyətdə olan Ermənistanda ictimai rəy istənilən an kəskin şəkildə dəyişə bilər. Bu səbəbdən də Azərbaycan tərəfi işini bəri başdan ehtiyatlı tutmağa üstünlük verir. Problemi çözmək üçün yeni Üçtərəfli Müqavilə imzalamağa can atır. (milli.az)

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »