Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı milyarder Paşinyanı yıxmaq üçün hərəkətə keçdi
Nikol Paşinyan

Rusiya erməniləri İttifaqının sədri, milyarder Ara Abramyan Yerevandadır və gələn ay keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün blok qurur.

Virtualaz.org xəbər verir ki, o artıq “Evimiz-Ermənistan” partiyasını təsis edib və deputat Tiqran Urixanyanın başçılıq etdiyi “Alyans” partiyası ilə blok halında seçkilərdə iştirak edəcək.

Ara Abramyan keçirdiyi mətbuat konfransında “bütün sağlam qüvvələri” birləşməyə və seçkilərdə birgə iştirak etməyə çağırıb. Deyib ki, Ermənistanda sistem böhranı hökm sürür və bu vəziyyəti sözlə ifadə etməkdə acizdir.

“Mən artıq 10 gündür Ermənistandayam. Burada gördüklərim bütün təsəvvürlərimi aşıb keçir. Böhran mənim təsəvvür etdiyimdən daha dərindir. Və ölkəni bu vəziyyətə istisnasız olaraq indiyədək mövcud olmuş bütün hakimiyyətlər,-Ter-Petrosyandan başlamaqla,-gətirib çıxarıblar”,-o deyib.

Ara Abramyan bildirib ki, Ermənistanda hər hansı vəzifə tutmaq istəmir və məqsədi sadəcə olaraq “ölkəyə kömək etməkdir”. Hazırda “Alyans” partiyası ilə seçkilərə birgə qatılmaq barədə razılaşma əldə edilib, amma digər partiyalarla da danışıqlar gedir.

Ara Abramyan Rusiyanın hakim siyasi dairələri ilə yaxındır və onun Ermənistan siyasətində iştirakı Paşinyana qarşı artan “şimal təzyiqlərinin” bir hissəsi hesab edilə bilər.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »