Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 24 may, 2021 – Darıxmağa vaxtınız olmayacaq
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 24 may, 2021-ci il  tarixi üçün ulduz falını təqdim edir:

Gündəlik işlər üçün uğurlu gündür. Hər iş asanlıqla alınacaq, xoşagəlməz sürprizlərdən, bezdirici səhvlərdən və uğursuzluqlardan qorxmaq lazım deyil. Darıxmağa vaxtınız olmayacaq, çünki problemlərin həllinə yaradıcı yanaşacaqsınız. Faydalı məlumatlar öyrənmək şansınız olacaq.

İxtilaf və mübahisələrin tamamilə aradan qaldırılması ehtimalı azdır. Heç də hamı başqalarının fikirlərini dinləməyə meylli deyil. Bəzi insanlar çox yaxşı tövsiyələrə belə məhəl qoymurlar, öz işlərini görürlər, sonra peşman olurlar və heç bir günahı olmayanlara qəzəblənirlər. Ancaq məsələ ciddi qarşıdurmalara gəlib çıxmayacaq: hamı üçün aydındır ki, münasibətləri yumşaltmaq daha yaxşı variantdır.

Qoç - Yaxşı gün alınacaq. Hadisələrlə dolu olacaq. Yeni işlərə həvəslə baş vuracaqsınız və bir bir işdə yaxşı nəticə ala bilərsiniz. Başqalarının cəsarət edib baş vurmadığı işlərdə də uğura imza atacaqsınız. Ətrafdakılar irəliləyişinizi görəcək, problemlər yanaşmanızı yüksək qiymətləndirəcək və sizə böyük hörmətlə yanaşacaqlar.

Qeyri-adi tanışlıqlar, uzun müddət xatırlanacaq görüşlər mümkündür. Bəzi Qoçlar bu görüşlər nəticəsində tanış vəziyyətlərə münasibəti dəyişdirəcəklər. Ola bilər ki, bu gün sizə faydalı məsləhətlər verilsin. Tezliklə imtina etmək istəməyəcəyiniz təkliflər də gələcək.

Buğa - Mükəmməl gün gözləyin: məşğul, məhsuldar və maraqlı olacaq. Xırda işlərə vaxt itirməyəcəksiniz, həm özünüz, həm də ətrafınızdakılar üçün çox faydalı işlər görəcəksiniz. Bəzi Buğalar üçün qarşıdakı gün vacib kəşflərlə yadda qalacaq. Bürcün digər nümayəndələri dəyərli məlumatlar alacaqlar, bunun sayəsində çətin bir işin öhdəsindən gələcəklər və ya uzun müddətdir qarşıya qoyulmuş hədəfə çatmağın yolunu tapacaqlar.

Sevdiklərinizlə münasibətlər qarşılıqlı anlaşma şəraitində inkişaf edəcək, ünsiyyət həm sizi, həm də onları sevindirəcək. Gün köhnə əlaqələri bərpa etmək üçün də əlverişlidir.

Əkizlər - Günün birinci yarısında kiçik problemlər, əsəbi anlaşılmazlıqlar ehtimal olunur. Planlarınıza dəyişiklik etməli ola bilərsiniz. Ancaq həyəcan üçün ciddi səbəblər yoxdur. Tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək, özünüzü daha azad və daha inamlı hiss edəcəksiniz. Uzaqdan yaxşı xəbərlər, eləcə də dərhal qəbul edəcəyiniz maraqlı təkliflər mümkündür.

Günün ikinci yarısı qeyri-adi görüşlərlə sevindirəcək. Haqqında çox yaxşı fikirlər eşitdiyiniz insanlarla tanış olmaq fürsətiniz olacaq. Dostluq münasibətlərinin başlanğıcı istisna deyil.

Xərçəng - Günün əvvəlində bir çox yeni fikirlər ortaya çıxacaq və onları həyata keçirmək üçün həvəsiniz də var. Unutmayın: bu vəziyyətlərdə lazımi qədər vaxt ayırıb əvvəlcə düzgün düşünmək lazımdır. Bunula səhvlərdən, arzuolunmaz anlaşılmazlıqlardan qaça bilərsiniz. Köhnə tanışların verdiyi məsləhətləri dinləməyə dəyər. Tez-tez başqalarının bilikləri hədəfə ən qısa yolu tapmaqda kömək edir.

Günün ikinci yarısı çoxdan düşündüyünüz olanı həyata keçirməyə imkan verəcək. Bu, köhnə tanışları görmək üçün də əlverişli vaxtdır. Söhbət üçün çox maraqlı mövzular var, ümumi planlar qurula bilər.

Şir - Görüləsi çox maraqlı işlər olacaq, bəzi Şirlər həqiqətən zövq aldıqları məşğuliyyətlərə vaxt ayıra biləcəklər. Yeni tanışlıqlar istisna deyil. İşiniz barədə danışa biləcəyiniz, planlarınızı bölüşə biləcəyiniz bir çox insanlar var və belə söhbətlər faydalı olacaq.

Uğurlu alış-veriş mümkündür. Xərlərinizlə bağlı diqqətli olacaqsınız, lazım olanları seçib alacaqsınız. Günortadan sonra sizi sevindirən romantik sürprizlər vəd olunur.

Qız - Səhər ehtiyatlı olun. Tələsərək vacib qərarlar vermək üçün yaxşı vaxt deyil. İnsanlar və hadisələr haqqında ilk təəssürat həmişə doğru çıxmır, hər şeyi başa düşmək üçün daha çox vaxta ehtiyacınız var. Qərarları təkbaşına vermək vacibdir. Başqalarının tövsiyələri bəzən çaşqınlıq yaradacaq.

Günortadan sonra daha uğurlu alınacaq. Yeni işlər görmək üçün əlverişlidir. Vaxtında faydalı məlumat alacaq və səhv etməyəcəksiniz. Gözəl tanışlıqlar istisna deyil.

Tərəzi - Məhsuldar gün deyil. Düşüncələrinizi toparlamaq və səhvlərdən qaçmaq çətin ola bilər. Gözləmədiyiniz işlər ortaya çıxa bilər. Amma yaxşı fikirlər ortaya çıxacaq, sadəcə, onların həyata keçirilməsi üçün bir qədər gözləmək lazım gələcək.

Ətrafınızdakı insanlar sizi dəstəkləyəcək, bu, sizi sevindirəcək. Çətin bir anda yaxınlarınıza müraciət edə bilərsiniz: sizə kömək etmək üçün bir yol tapacaqlar və mütləq əhvalınızı yüksəldəcəklər. Bəzi Tərəzilər mübahisə etdiklərinə görə çox peşman olduqları bir adamla barışa biləcəklər.

Əqrəb - Gün uğurludur. Bu gün artıq çox vaxt və səy sərf etdiyiniz işləri uğurla tamamlaya biləcəksiniz və nəticədən məmnun qalacaqsınız. Məhsuldar işgüzar danışıqlar mümkündür, bəzi Əqrəblər cazibədar əməkdaşlıq təklifləri alacaqlar. Bu gün verəcəyiniz qərarlar karyeranızda yeni bir mərhələyə yol aça bilər.

Axşam xoş xəbərlərlə sevindirəcək. Son vaxtlar barəsində narahat olduğunuz insanlarla bağlı yaxşı xəbərlər ala bilərsiniz.

Oxatan – Faydalı və elmi məlumatları tapmaq, toplamaq və təhlil etmək üçün əlverişli gün olacaq. Marağınız böyükdür, yeni hər şeyə diqqət göstərirsiniz. İlk uğurlarınızı əldə etmək üçün həqiqi maraq kifayətdir və bu, sizi davam etməyə ruhlandıracaq.

Başqaları ilə dil tapmaq həmişə asan olmur; bəzən sizi səhv başa düşürlər, ən sadə detalları da dəfələrlə izah etməli olacaqsınız. Səbr, təmkin və səmimiyyətə sahib olanlar üçün çətin olmayacaq. Bütün bunlar bu gün sizin üçün çox faydalı olacaq. Sonradan hisslərinizə təslim olmadığınıza görə özünüzə təşəkkür edəcəksiniz.

Oğlaq - Günün başlanğıcı olduqca çətin ola bilər. Həll edilməli olan yeni problemlər ortaya çıxa bilər. Həqiqətən vacib və təcili olan işlərlə az əhəmiyyət daşıyan məsələlərlə qarışdıra bilərsiniz. Xoşbəxtlikdən, düşünmək üçün kifayət qədər vaxtınız var, heç bir yerə tələsməyə də ehtiyac yoxdur.

Günün ikinci yarısı tamamilə fərqli olacaq: asan və maraqlı, xoş görüşlərlə və canlı təəssüratlarla dolu gün alınacaq. Həm romantik bir görüş üçün, həm də dostlarla söhbət etmək üçün əlverişli zamandır. Yeni tanışlıqlar istisna deyil. İnsanlara qarşı asanlıqla uyğun bir yanaşma tapa bilərsiniz, bu xasiyyətiniz bir çox insanların xoşuna gələcək.

Dolça - Xoş ünsiyyət üçün yaxşı gündür. Həm işgüzar, həm də şəxsi görüşlər yaxşı alınacaq. Çox fərqli insanlarla tez bir zamanda dil tapırsınız. Ümumiyyətlə, heç kimi bəyənməyən insanlarda da xoş təəssürat yaratmağı bacaracaqsınız.

Gün həm də maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Əhəmiyyətli nağd pul gəliriniz ola bilər. Alınan məbləği düzgün şəkildə xərcləmək lazımdır - xırda şeylərə böyük pullar xərcləməyin. Axşam saatları elmi araşdırmalar üçün yaxşıdır. Həmçinin yaradıcı insanlar da bu saatları uğurlu şəkildə keçirəcəklər. Bürcün bəzi nümayəndələri yeni bir ilham mənbəyi tapacaqlar.

Balıq - İşdə təşəbbüsü əlinizə alsanız, çoxdan bəri təxirə saldığınız bir işi həvəslə tamamlaya bilərsiniz. Başqalarından fərqli davranacaqsınız və buna görə də uğur qazanacaqsınız. Gözlənilməz görüşlər mümkündür və bu mühit sizi çox sevindirəcək.

Bürcün bəzi nümayəndələri köhnə işgüzar əlaqələri bərpa edəcək, əməkdaşlıq üçün maraqlı təkliflər alacaqlar. Düşünmək üçün az vaxtınız olacaq, ancaq intuisiyanız tez bir zamanda düzgün qərar verməyinizə kömək edəcək. Çətin tapşırıqlardan qorxmayın. Onların öhdəsindən gələcəksiniz və çətinliklər yaranarsa, etibarlı tərəfdaşlar kömək edəcək.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Tibb bacılarına 500 dəfə “mən axmağam” yazdıran baş həkimlə bağlı yeni təfərrüatlar
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Nazir müavini əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağını açıqlayıb
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
Son xəbərlər
Bütün xəbərlər »